Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39573
az

Havanın temperaturu 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ

13:0903 Oktyabr, 2020
689
CƏMİYYƏT
  • A

Oktyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı,  gecəyə doğru isə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz  22-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz  olacaq.

Oktyabrın 4-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu  gecə 14-18, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz  9-13 dərəcə isti olacaq.   

Xəbərdarlıq

Oktyabrın 4-ü gündüz şimal və qərb rayonlarından başlayaraq 7-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şərq rayonlarında güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalmanı sürətləndirən 5 amil
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
Bu da Üzeyir Mehdizadənin ATASI - FOTO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO