Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39548
az

Ukrayna Prezidenti Zelenskidən Azərbaycana mühüm dəstək

23:3402 Oktyabr, 2020
440
DÜNYA
  • A

Azərbaycanlılar bizi dəstəklədikləri kimi biz də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik.

Oxu24.com  xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Çernovitskaya vilayətində jurnalistlərlə söhbət zamanı deyib.
V.Zelenski ölkələrin bir-birinin suverenliyi və ərazi bütövlüyü məsələsində qarşılıqlı dəstəyini başlıca aspekt adlandırıb. O qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə bənzər münaqişələri dondurulmuş adlandırmaq olmaz, çünki bu vəziyyət daimi ola bilməz:

“Mən medianın, cəmiyyətin və qərbli tərəfdaşların diqqətinə çatdırmaq istəyirəm ki, sadəcə dondurulmuş münaqişələr olmur. Onlar müəyyən vaxtadək dondurulmuş ola bilər. Bizim mövqeyimiz belədir”.

Ukrayna dövlətinin başçısı son illərdə Azərbaycan ilə öz ölkəsinin münasibətlərinin möhkəmlənməsini də vurğulayıb: “Azərbaycan ilə münasibətlərə gəlincə, son iki ildə bu münasibətlər xüsusilə iqtisadiyyat və geosiyasi istiqamətlərdə çox möhkəmlənib”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya saytlarına hücum olub
Sahara səhrası su altında qaldı - VİDEO
Rusiyanın İrandakı səfirliyi ruslara müraciət edib

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Məşhur şirkətin regional direktoru bu ölkədə ÖLDÜRÜLDÜ -FOTO