Dağlıq Qarabağın və ətraf ərazilərin işğalı Avropada sülh və təhlükəsizliyi sarsıdır.
Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib.
O qeyd edib ki, ABŞ irəliləyişin təmin olunmasında və münaqişənin həlli yollarının axtarışında fəal rol oynamalıdır. Bundan başqa, ATƏT-in amerikalı keçmiş həmsədri Riçard Hoqland qeyd edib ki, beynəlxalq hüquqa əsasən, Ermənistan digər suveren dövlət, Azərbaycana soxulub və suveren ərazisini işğal edib:
"ABŞ-ın fundamental siyasəti bütün ölkələrin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsi və müdafiəsindən ibarətdir”.
ŞƏRHLƏR