Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39409
az

Kəlbəcər tam, Ağdərə qismən mühasirəyə alındı – AÇIQLAMA

13:2728 Sentyabr, 2020
5182
HƏRBİ
  • A
Basarkeçər-Ağdərə avtomobil yolunun vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülməsi Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir. Oxu24.com xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murovdağ silsiləsindəki Murov zirvəsi və işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Basarkeçər-Ağdərə avtomobil yolunun nəzarətinə götürməsini şərh edərkən deyib. O bildirib ki, işğaldan azad olunan Murovdağ zirvəsinin strateji əhəmiyyəti çox böyükdür: “Ermənistan ərazisindən Dağlıq Qarabağa iki əsas yol var. Bunlardan birincisi Laçın dəhlizidir. Düşmən Şuşa və Xankəndi ərazisinə silahları və hərbi yardımları bu yolla daşıyır. Amma ən əsas və ən qısa yol M-11 magistralıdır. M-11 yolu İrəvandan başlayaraq, Basarkeçər ərazisinə qədər davam edir, ordan da Kəlbəcərə bağlanır. Kəlbəcər rayonunun Ermənistan və Dağlıq Qarabağ ilə tək bağlantısı bu yoldan ibarətdir. Ordumuz bu yola nəzarəti ələ keçirməklə həm Kəlbəcəri blokadaya salmış, həm Xankəndiyə gedən yardımların önünü kəsmiş, həm də Ağdərə rayonuna gedən hərbi yardımların qarşısını qismən almış olur. M-11 yolunun və Murovdağ zirvəsinin işğaldan azad edilməsi faktiki olaraq ordumuzun Kəlbəcəri tamamilə, Ağdərənin isə qismən blokadaya alması deməkdir”. Axar.az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan Rusiyanın Su-30-larını necə əldə edib?
Şuşa alınarkən ilk dəfə kosmik peyk rabitəsində istifadə edilibmiş - ƏMƏLİYYATIN ŞOK DETALI
Türkiyə İrana qarşı:

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır