Bununla yanaşı, Xankəndi şəhərində səhər saatlarında elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb, həmçinin Xankəndi və Ermənistana gedən yollar əhalinin tərk edə bilməməsi üçün bağlanılıb.
Hazırda Xankəndi şəhərinin küçələri mülki şəxslərdən tam təmizlənib və küçələrdə yalnız hərbi texnikanın intensiv hərəkəti müşahidə olunur.
Məlumata görə, könüllülərin cəlb olunmasına qərar verilib və bu istiqamətdə işlərə başlanılıb. Xankəndi və Ermənistan arasında avtomobil nəqliyyatı ilə hərəkət tam dayandırılıb.
Yerli əhali arasında gərginliyin yalnız rəsmi Moskvanın müdaxiləsi ilə həll oluna biləcəyi barədə söhbətlər gəzir. Xankəndi şəhərində atəş davam edir və döyüşlər artıq 5 saata yaxındır ki, əsasən cəbhə bölgəsində aparılır. Bununla yanaşı qondarma rejim “hökuməti” bu barədə ATƏT-i məlumatlandırıb
Oxu24.com
ŞƏRHLƏR