Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3934
az

Öldürülən qız haqda şok fakt: 3 uşağı var, əri fəhlə işləyir

16:5124 İyul, 2018
1180
KRİMİNAL
  • A
Xəbər verdiyimiz kimi, Yasamal rayonunda gənc qız atası tərəfindən qısqanclıq zəminində öldürülüb.

Həsən Bəy Zərdabi küçəsində baş verən cinayətin təfərrüatı məlum olub.

Masallı rayon Boradigah kənd sakini, 57 yaşlı Qurbanov İlqar Paşa oğlu rayondan gələrək metronun "20 Yanvar" stansiyasının yaxınlığında qızı 27 yaşlı Aysel Məmmədli ilə görüşüb. Onlar söhbət edərək yaxınlıqdakı binanın həyətinə daxil olub. İ.Qurbanov qızı ilə mübahisə edib. Mübahisəyə səbəb kimi o qızının əxlaqsız həyat tərzini əsas göstərib. Buna görə də, İ.Qurbanov bıçaqla qızının döş qəfəsi, boğaz və qarın boşluğu nahiyələrinə bir neçə zərbə vurub. A.Məmmədli hadisə yerində çoxlu qan itirərək dünyasını dəyişib.

Ərazidən uzaqlaşmayan İ.Qurbanov həmin ünvana gələn Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təslim olub.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarına bildirib ki,  İ.Qurbanov rayon ərazisində qızı ilə bağlı xoş olmayan xəbərlər alıb. Buna görə də o, A.Məmmədlini qətlə yetirmək üçün paytaxta gəlib. Bu haqda xəbəri report.az yayıb.

Oxu24.com azxeber.com-a istinadən xəbər verir ki, qətlə yetirilən Aysel 3 uşaq anası imiş. O bundan öncə də 2 dəfə rayondan qaçaraq, Bakıya gəlibmiş. Hər dəfə də atası onu geri qaytarıb. Ayselin həyat yoldaşı isə başqa bir rayonda fəhlə işləyir, o ayda 1 dəfə evinə gəlib-gedirmiş. Məlumata görə, ailəsi Ayseli 3 gün idi ki, axtarırmış. Dünən onu tapan ata qızını qətlə yetirib və özü polisə təslim olub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 120-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü
17 yaşlı qız faciəvi şəkildə öldü
17 yaşlı qız faciəvi şəkildə öldü

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü