Bakı – Naxçıvan marşrutu ilə uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” MMC-yə məxsus Airbus A320 təyyarəsi havaya qalxarkən quşla toqquşub.
“Oxu24.com” xəbər verir ki, bu barədə Trend-ə şirkətin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.
“Bununla əlaqədər olaraq hava gəmisinin komandiri hava limanına qayıtmaq barədə qərar verib. Eniş uğurla həyata keçib”,-deyə o bildirib.
Onun sözlərinə görə, hal-hazırda texniki işçilər təyyarəyə baxış keçirir. Sərnişinlər isə Naxçıvana digər təyyarəylə uçacaq.
Oxu24.com
ŞƏRHLƏR