Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39288
az

Azərbaycanda karantin yenə sərtləşir?- TƏBİB-dən açıqlama

11:2825 Sentyabr, 2020
691
REDAKTORUN SEÇİMİ
  • A
“Birincisi, epidemioloji vəziyyət tam nəzarət altındadır. İkincisi, daimi olaraq dövlət qurumları, səhiyyə qurumları bu barədə qabaqlayıcı tədbirlər görür. Belə davam etsə, insanlarımız qorunma tədbirlərinə əməl etsə, inanmıram ki, gələcəkdə hər hansı sərtləşdirici karantin tədbirləri olsun". Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” verilişində ölkədəki epidemioloji vəziyyət haqqında danışıb. O qeyd edib ki, ola bilər ki, yoluxmaların sayında artım görülsün. "Bu da bizim özümüzdən asılıdır. Yoluxmanın artması o deməkdir ki, hansısa şərtləri gözləmirik”. Onun sözlərinə görə, gələcəkdə müəyyən bir bölgədə yoluxma sayının kəskin artması müşahidə olunarsa, orada lokal karantin tədbirləri tətbiq edilə bilər. Hazırda TƏBİB tərəfindən aparılan tədqiqata əsasən, əhalinin təqribən 20-30 faizində koronavirusa qarşı immunitet yaranıb. Daha bir 20%-nin də vaksinasiyası sayəsində ümumilikdə əhalinin yarısından artığında immunitet yaranacaq. Nəticədə əhalinin 50 faizində immunitet olarsa, pandemik proses dayanmış olur, yoluxma sayı artmır. İnsanlar qorunma tədbirlərinə əməl etsələr, COVİD vaksininə qədər yoluxma sayında ciddi artım olmayacaq. Ölkəyə COVİD-19 vaksini gələrsə, ilk növbədə risk qruplarına tətbiq ediləcək. Bura yaşlı əhali qrupu, xroniki xəstəlikləri olanlar, tibb işçiləri, ola bilsin müəllimlər daxildir. Bu da təqribən əhalinin 20%-ni əhatə edəcək". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi