Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39263
az

TURAN ORDUSU: Azərbaycanla Türkiyənin böyük planı - TÜRK BİRLİYİ

15:2324 Sentyabr, 2020
2448
HƏRBİ
  • A
“Gələcəkdə türk dövlətlərinin bir araya gəlib, Türk Dövlətlər Birliyi yaratmasına şahid ola bilərik” Bu sözləri Redaktor.az-a Yaxın Şərq üzrə mütəxəsis, politoloq Vüqar Zifəroğlu deyib: “Son illərdə Türk dövlətlərinin bir-birinə yaxınlaşmasının şahidi oluruq. Xüsusilə, Türkiyə və Azərbaycan istər dövlət, istər siyasi, istərsə də hərbi səviyyədə əlaqələrin qurulmasında son dərəcə önəmli rol oynayır. Bu yaxınlaşmanın müxtəlif şahəli olması, daha geniş aspektləri əhatə etməsi baxımından məhz Azərbaycan və Türkiyə sözün həqiqi mənasında çox ciddi iradə, mövqe ortaya qoyur. Şübhəsiz ki, Türk dövlətlərinin bu əməkdaşlığlarını gələcəkdə müəyyən bir hərbi əməkdaşlığa çevirmə ehtimalını da istisna etmək olmaz. Azərbaycan və Türkiyə arasında hərbi səviyyədə əlaqələr kifayət qədər genişlənib. Sonrakı mərhələdə digər Türk dövlətlərinin də qoşulması istisna edilmir. Ümumiyyətlə, proseslərin gedişatı onu göstərir ki, gələcəkdə Avropa Birliyi modelində Türk Dövlətləri Birliyinin də qurulmasına şahid ola bilərik. Əlbəttə, buna qısqanclıqla yanaşan, hər yola mane olmağa çalışan qüvvələr olacaq. Hazırda da Azərbaycan və Türkiyə arasında münasibətlərə qısqanc yanaşanlar var. Amma nə qədər mane olmağa çalışsalar da, buna nail ola bilməyəcəklər”, - deyə V.Zifəroğlu bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB-2
Silahla ehtiyatsız davranan zabit həlak oldu
HDQ-də "Partlayıcı sursatların zərərsizləşdirilməsi" kursu keçirilir - VİDEO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO