Nigeriyanın Ebonyi ştatında avtobusun qəzaya uğrayaraq çaya düşməsi nəticəsində 14 nəfər hadisə yerində, daha bir nəfər isə xəstəxanada ölüb.
Oxu24.com bu barədə yerli KİV-ə istinadə xəbər verir.
Xilasedicilər avtobusu çaydan qaldırdıqdan sonra oradan 14 cəsəd çıxarıblar. Daha 13 nəfər hələ də itkin düşmüş hesab olunur.
Məlumata görə, avtobusda 30-dan çox sərnişin olub.
Ölkə prezidenti M.Buhari ölənlərin ailələrinə baş sağlığı verib.
Oxu24.com
ŞƏRHLƏR