Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3910
az

Tanımadığı qadına yardım edən azərbaycanlı Peterburqda boğuldu

21:1023 İyul, 2018
984
DÜNYA
  • A
 
Tanımadığı qadına yardım etmək cəhdi 22 yaşlı azərbaycanlı Nəzir Maksimov üçün faciə ilə bitib.

Oxu.Az xəbər verir ki, ötən istirahət günlərində gənc “Priçal” kafesində işləyən dostunun yanına gəlib.

Elə bu vaxt kafedə üç gənc – iki qız və bir oğlan - istirahətdə olublar. Sifariş verdikdən sonra müştərilər eyvana çıxıblar. Bir neçə saniyədən sonra isə küçədən yardım fəryadı eşidilib.

“Çantamı xilas edin, orda sənədlər var, hər şey ordadı!” – qızlardan biri yalvarırdı.

Bir nəfər soyuq suya daxil olsa da, çayın ortasına çatandan sonra geri dönüb. Şahidlərin sözlərinə görə, qız ətrafdakılara yalvarmaqda davam edib. Uzun müddət üzgüçülüklə məşğul olan Nəzir bu xahişlərə rədd cavabı verə bilməyib.

Nəzirin dostu Samir yerli mətbuata baş verənlər haqqında belə deyib:

“Nəzir əla fiziki formada idi, həmişə idmanla məşğul olurdu və qüvvəsinə əmin idi. Əlbəttə ki, o, qıza yardım etmək istədi.

Futbolkasını çıxararaq çaya baş vurdu. Çantaya çatıb onu başı üzərinə qaldırdı. Ətrafdakılar və qız alqışlamağa başladılar. Amma 5 saniyə sonra Nəzir suyun altında itdi.

Onu əvvəlcə kişilər axtardı. Suya baş vururdular. Amma nəticəsiz. Sonra xilasedicilər gəldilər. Onlar artıq meyiti çıxardılar”.

FHN-də bildiriblər ki, cəsədi 2,5 metr dərinlikdə, sahildən 25 metr kənarda aşkarlayıblar. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, soyuqdan qıcolma baş verib, buna görə də üzgüçü sahilə qayıda bilməyib.

Peterburqda artıq Nəzirlə vidalaşıblar. Dostları onun nəşini vətənə göndərmək üçün pul toplayıblar. Nəzir cəmi 6 ay əvvəl Azərbaycandan Peterburqa köçmüşdü.

Çantaya gəlincə isə, onu tapıblar və sahibəsinə qaytarıblar. Şahidlərin sözlərinə görə, o, çantanı götürüb və heç bir söz söyləmədən çıxıb gedib... Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya miqrant axınını məhdudlaşdırmaq üçün bu yola əl atacaq
Putinin Azərbaycana səfəri başladı -FOTO/VİDEO
DƏHŞƏT: Bəy toydan dərhal sonra GƏLİNİ QƏTLƏ YETİRDİ

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
“Hoteldə qızlarla qalarkən basqın edib bizi MTN-ə aparıblar”