Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39045
az

“Sədərək” nəzarətə götürüldü - SON DƏQİQƏ

15:2218 Sentyabr, 2020
775
SON DƏQİQƏ
  • A

Bakıda pandemiya ilə əlaqədar fəaliyyəti dayandırılan “Sədərək” ticarət mərkəzi bazar ərazisində qanunsuz fəaliyyət göstərən sahibkarlarla bağlı xüsusi komissiya yaradılıb.

Bu barədə Trend-ə açıqlamasında “Sədərək” ticarət mərkəzinin İdarə Heyətinin müşaviri Mikayıl Qədimov deyib.

Müşavir bildirib ki, hazırda ticarət mərkəzinin bütün giriş-çıxışları nəzarətə götürülüb:

“Bu barədə ticarət mərkəzinin rəhbərliyi xüsusi qərar qəbul edib. Bazar ərazisində olan bütün mağaza və digər obyektlərə nəzarət gücləndirilib. Komissiya üzvləri mütəmadi olaraq bazarın ticarət aparılan ərazilərinə cəlb edilib. Bazardakı bütün alış-veriş mağazaları yoxlanılır. Ticarət üçün açıq olan obyektlər dərhal qapadılacaq və sahibkar barədə ciddi ölçü götürüləcək. Hazırda ticarət mərkəzində yalnız ofislərin fəaliyyətinə icazə verilib”.

M.Qədimov bildirib ki, həmçinin bazarın alış-veriş mağazalarına elektrik enerjisinin verilişi də dayandırılıb:

“Bütün mağazalara elektrik enerjisinin verilişini dayandırmışıq. Hazırda heç bir alış-veriş mağazasında elektrik enerjisi yoxdur. Sahibkarlar yalnız onlayn alış-verişə görə obyektə daxil ola bilərlər. Həmin şəxslərə də müvafiq vaxt təyin edilir ki, onlayın sifarişlərini götürmək üçün mağazalarına daxil olub mallarını götürüb ərazini tərk etsinlər. Sahibkarlardan başqa nə satıcılar, nə də müştərilər girişdən buraxılmır. Giriş-çıxışlara müşahidə kameraları ilə nəzarət edilir. Əgər hər hansısa fakt aşkarlanarsa, cavabdeh şəxslər dərhal cəzalandırılacaq”.

Ticarət mərkəzində yoxlamaların aparılması ilə bağlı yayılan məlumatlara gəlincə isə M.Qədimov bildirib ki, bu barədə məlumatlar həqiqəti əks etdirmir:

“Ticarət mərkəzində heç bir yoxlamalar aparılmır. Mərkəz və onun rəhbərliyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda ticarət mərkəzində Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərar və tövsiyələrə uyğun olaraq dezinfeksiya işləri davam etdirilir, mərkəz fəaliyyətini bərpa etməsi üçün hazır vəziyyətə gətirilir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səfərbərlik Xidmətinin Şuşa şöbəsinin sabiq rəisi həbs olunub
SON DƏQİQƏ! Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı
SON DƏQİQƏ! Azərbaycan uçuşları dayandırdı

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO