Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39043
az

Aprel savaşından sonra ermənilər Azərbaycandan 5 milyard istəyib, əvəzində isə... - FAKTLAR ÜZƏ ÇIXDI

14:5818 Sentyabr, 2020
2696
ÖZƏL BÖLÜM
  • A

2016-cı ilin “aprel müharibəsi”ndən sonra Ermənistanın ərazilərin qaytarılması ilə bağlı Minsk Qrupuna sənəd-təklif təqdim etdiyi məlum olub.

Oxu24.com  xəbər verir ki, Ermənistan mediasında yayılan məlumatlara görə, sənəddə Laçın dəhlizi istisna olmaqla Qarabağ ətrafındakı rayonlar boşaldırlar, əvəzində İrəvana 5 milyard dollar yardım ayrılmalıdır.

Sənəd-təklif həmin ilin 16 iyununda ünvanlanıb. Bu tarixdən bir ay öncə - 16 mayda prezidentlər Vyanada görüşmüşdü. Həmsədr ölkələrin XİN rəhbərlərinin iştirakı ilə keçirilən həmin görüş ABŞ-ın təşəbbüsü idi. Görüş konkret sənəd ətrafında müzakirədən daha çox, tərəflərin atəşkəsə əməl etməsinə həsr olundu.

Ruslar iyunun 20-də ABŞ-ın münaqişənin həllində təşəbbüsü ələ almaq istəyinə qarşı Sankt-Peterburqda görüş təşkil etdi və görüşdən sonra həmin vaxt Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri olan Novruz Məmmədov “Münaqişənin həlli “mərhələli həll” planına uyğun həyata keçiriləcək. Bu plana görə, əvvəlcə 5 rayon qaytarılır, daha sonra iki rayonun taleyinə baxılır. Dəhliz məsələsi həll olunur, ardınca Dağlıq Qarabağın müvəqqəti statusu müəyyənləşdirilir. Qaçqınların geri qayıdışı təmin olunur. Ən sonda statusla bağlı referendum keçirilir” açıqlamasını verdi.

“Lavrov planı” dediyimiz və Rusiyanın ictimai-siyasi cameəsinin Paşinyan hakimiyyətini sələfindən miras qalmış razılaşmaya əməl etməkdən boyun qaçırmaqda ittiham etdiyi məsələ bu idi.

Ermənistanın Vyana və Sankt-Peterburq görüşü arasında zamanı fürsət bilib - 16 iyunda 5 milyardlıq sənəd-təklif irəli sürməsi isə ərazilərin qaytarılması məsələsinin real olduğunu, ermənilərin də əvəzində nəsə qoparmağa cəhd etdiklərini göstərir. 

Həmin vaxt münaqişə ətrafında xeyrimizə olan bu vəziyyəti “aprel müharibəsi” yaratmışdı, yeni vəziyyətin yaranması üçün müharibə yenə yeganə çıxış yolu kimi görünür...(Publika.az)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni alınan hərbi təyyarələr haqda ilginc faktlar: Bir ədədin qiyməti… – VİDEO
Rusiyanın bu silahı var imiş - Kreml rəsmi video yaydı
Azərbaycan orduusnun əməliyyata keçirdiyi məxsi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır