Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38961
az

SON DƏQİQƏ! Türkiyə qırıcıları Naxçıvandadır - QÜRURVERİCİ VİDEO

20:4015 Sentyabr, 2020
2236
HƏRBİ
  • A

Sentyabrın 15-də Bakının Qafqaz-İslam Ordusu tərəfindən erməni-bolşevik birləşmələrindən azad edilməsinin 102-ci ildönümü münasibətilə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin Naxçıvan şəhəri üzərində birgə uçuşları təşkil olunub.

Oxu24.com  Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bundan əvvəl birinci mərhələsi keçirilən “Sarsılmaz qardaşlıq-2020” Azərbaycan-Türkiyə birgə təlimi və bu gün təşkil olunan uçuşlar Azərbaycan və Türkiyə qardaşlığının, hərbi birliyinin nümunəsidir.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Türkiyə Silahlı Qüvvələrinin hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi albay Mustafa Günhan, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını, Türk şəhidləri abidəsini və Ana fəryadı xatirə heykəlini ziyarət ediblər.

Helikopterlərin keçidi ilə Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqları nümayiş etdirilib. Bu zəfər bayramında ümummilli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” dahi kəlamının fəlsəfəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu göstərir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya "İsgəndər"dən istifadə etdi
NATO-nun üçüncü ən böyük ordusu bu ölkənindir
Daha bir Vətən müharibəsi iştirakçısı vəfat etdi

Teymur Rəcəbovu “Peaky Blinders” obrazında paylaşdılar- Foto

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
İcra başçısının müavininə hücum edildi- Rəsmi açıqlama