Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3888
az

Rusiyada 30 yaşlı azərbaycanlı faciəvi şəkildə ölüb

09:4623 İyul, 2018
1170
KRİMİNAL
  • A
 Rusiyanın Leninqrad vilayətində 30 yaşlı Azərbaycan vətəndaşı faciəvi şəkildə ölüb. Oxu24.com APA-ya istinadən bildirir ki, bədbəxt hadisə iyulun 22-də Leninqrad vilayətinin Vsevolojsk rayonunda baş verib. Rayonun Aqalatovo kəndində 25 metrlik quyuya suvaq vuran azərbaycanlı gəncin halı qəflətən pisləşib. Huşunu itirən həmyerlimiz suya düşüb. Hadisə yerinə xilasedicilər gələnə kimi azərbaycanlı gənci bir nəfər xilas etməyə çalışıb. Lakin quyuya düşən həmin şəxs də huşunu itirib.

Hadisə yerinə gələn Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri azərbaycanlı gəncin cəsədini quyudan çıxarıblar. Məlum olub ki, həmyerlimizin ölümünə səbəb quyunun dərinliyində qaz kütləsinin toplanması olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu
Körpə doğuş vaxtı öldü

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
Nazirlik əməkdaşı cinayət məsuliyyətinə     cəlb     edildi