Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38841
az

İranlı güləşçi edam edildi

19:1512 Sentyabr, 2020
324
  • A

İranın tanınmış güləşçisi Navid Əfkari 2018-ci ildə ölkənin cənubundakı Şiraz şəhərində hökumətə qarşı etiraz nümayişi zamanı su şirkətinin bir işçisini (başqa məlumata görə təhlükəsizlik keşikçisini) bıçaqla öldürməkdə təqsirli bilinərək bu gün səhər saatlarında edam edilib.

Oxu24.com Report-a istinadən xəbər verir ki, bu barədə Fars ostanı ədliyyə departamentinin rəhbəri Kazım Musəvi yerli jurnalistlərə bildirib.

Onun dediyinə görə Şirazın "Adilabad” həbsxanasında edam mərasimi "məhkumun valideynlərinin və ailəsinin təkidilə”, qanuni prosedurlar yerinə yetiriləndən sonra icra olunub.

27 yaşlı idmançının ailəsi və fəallar bildiriblər ki, idmançı özü onu günahlandırmaq məqsədilə saxta etiraf almaq üçün içgəncələrə məruz qaldığını deyib. Güləşçinin vəkili də belə etirafın təqsiri sübuta yetirmək üçün kifayət olmadığını bildirib. İran Ali Məhkəməsi isə işgəncə xəbərlərini rədd edib.

N.Əfkarinin qardaşları Vahid və Həbib də bənzər ittihamlarla müvafiq olaraq 54 və 27 il həbs cəzasına məhkum ediliblər.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donal Tramp, həmçinin bir sıra beynəlxalq təşkilat və tanınmış şəxslər İran hökumətini Navid Əfkarinin edamından daşınmağa çağırıb. 85 minədək idmançını birləşdirən Dünya Oyunçular Asosiasiyası isə N.Əfkari edam edilərsə İranı beynəlxalq idman yarışlarından xaric etməyi tələb edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nar niyə “təbii aptek” sayılır?
Bu ölkə çətin durumda: Gənclər arasında işsizlik rekord həddə çatıb
Prezident təqaüdünə layiq görülən tələbələr -FOTO

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı