Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38816
az

Məktəbə gül və şar aparmaq olmaz - Valideynlərin nəzərinə

18:2811 Sentyabr, 2020
355
CƏMİYYƏT
  • A

"Dərs ili başlananda şagirdlərin müəllimlərə gül dəstəsi aparmasına ehtiyac yoxdur”.

Oxu24.com xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında bildirib.

O, qeyd edib ki, müəllimlərə gül dəstəsinin aparılması ilə bağlı məsələ əslində qanunla tənzimlənmir. Lakin bununla bağlı valideynlərə müraciət olunub: "Biz valideynlərə müraciət edirik ki, güllərin gətirilməsi lazım deyil, bu infeksiyaya səbəb ola bilər. İstəyirik ki, valideynlər də bizi başa düşsünlər. Çalışın hansısa formada uşaqlara dəstək olun”, - deyə nazirin müşaviri bildirib.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov "Qafqazinfo”ya açıqlamasında əlavə edib ki, xüsusi şərait olduğuna görə, şar və digər şeylərin də içəri keçirilməsi uyğun deyil. "Məktəblilərin əllərində şarla məktəbə daxil olması da qaydalara ziddir". 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Məclisin deputatları Ceyhun Bayramova müraciət etdilər
Nar niyə “təbii aptek” sayılır?
Bu ölkə çətin durumda: Gənclər arasında işsizlik rekord həddə çatıb

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı