Son günlər mətbuatda Prezidentin keçmiş köməkçisi Əli Həəsnovun mülkləri barədə sensassion məlumatlar yayılır.
Yerli media Ə.Həsənovun mülkünün qiymətinin milyonlarla ölçüldüyünü yazır.
Əli Həsənov özü isə hazırda Türkiyədə müalicə olunduğunu deyir.
Oxu24.com xəbər verir ki, qeyd olunan məsələlərin fonunda tanınmış keçmiş döyüşçü,Qarabağın Həcəri kimi tanınan Sabirə Mahmudova müraciətlə çıxış edib.
O, Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək Əli Həsənovun qanunsuz yolla əldə edilmiş mülkünün alınaraq müharibə veteranları olan qadınlara verilməsini xahiş edib.
Sözügedən statusu təqdim edirik:
Hörmətli Mehriban xanım!
Əli Həsənovun mülkləri olan yaşayış komplekslərindən biz veteran qadınlara mənzillər ayırın ki, ömrümüzün qalanını rahat yaşayaq.
Qeyd edək ki, Sabirə Mahmudova Qarabağ döyüşlərində fəal iştirakçılardan olub.O, döyüşçülər arasında "Qarabağın Həcəri" kimi tanınıb.
Oxu24.com
ŞƏRHLƏR