Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
386
az

“Cəzalar müddətinə görə fərqli olur” - Qurban Qurbanov

19:2308 Aprel, 2018
1258
İDMAN
  • A
 Topaz Premyer Liqasının XXII turunun "Zirə" - "Qəbələ" matçını stadiondan izləyən milli komandamızın baş məşqçisi Qurban Qurbanov fasilədə jurnalistlərin suallarını cavablandırıb.

“Oxu24.com” xəbər verir ki, 46 yaşlı mütəxəssis əvvəlcə ilk hissə haqda düşüncələrini bölüşüb.

- Oyunun hələ 45 dəqiqəsi var. Futbolçulara baxırıq. İndidən fikir bildirmək düzgün olmaz. Futbolçuların çıxışını hər dəfə təhlil ediirk. Göstəricilərinin hamısı götürürük, yaxından maraqlanırıq. 3-5 oyundan bir hər futbolçunun hazırlıq səviyyəsinin necə olduğunu, faydalı iş əmsalını analiz edirik. Hələ qarşıda oyunlar var və bu istiqamətdə işimizi davam etdirəcəyik.

- "Qəbələ"də "çərçivə"də məcburi əvəzlənmə oldu. Meydana daxil olan Aqil Məmmədovun artıq çəkisi diqqət çəkir. Onunla bu haqda fərdi söhbətiniz olacaqmı?

- (gülür) Mənim də gözümə dəyən bu, oldu.

- Millinin hücumçularından olan Ruslan Qurbanov "Qəbələ"də müdafiənin cinahında oynayır...

- Bu, ilk dəfə deyil. İndi bu mövqedə lazım olub, orda oynadırlar. Ancaq bundan əvvəlki turda yarımmüdafiənin sağ cinahında çıxış edirdi. Məni sevindirən futbolçunun məssuliyyətidi. Ruslan hiss edir ki, hansı mövqeyə də onu qoysalar, istənilən keyfiyyəti alacaqlar. Bunu görərək Qurbanovu lazım olan mövqelərdə oynadırlar.

- "Zirə"dən hazırda millimizdə futbolçu yoxdu. Bu oyunda diqqətinizi çəkən hər hansı futbolçu varmı?

- "Zirə"nin yox, bütün komandaların oyunlarını izləyirik. Əvvəl də demişəm ki, hər toplanışda fərqli adlar ola bilər. Ola bilər ki, futbolçunun hazırlıq səviyyəsi həmin vaxt daha yaxşı olsun, onu cəlb edə bilək. Futbolçular bu gün çağırılmadılarsa, bu, o demək deyil ki, bir daha sıralarımızda olmayacaqlar. Hər zaman nəzarətimizdə olacaqlar.

- Necə oldu ki, Elvin Yunuszadəni bağışladınız? Elvin bildirdi ki, Qurbanovla fərdi söhbətimiz oldu. Maraqlıdı, o, nəylə özünü bağışlatdıra bildi? Yunuszadə 3-cü dəfə səhv edərsə, onu bağışlayacaqsınız?

- Elvin elə bir insandı ki, futbolçu deməyəcəm, 3-cü yox, 13-cü dəfə də ondan belə halları gözləmək olar (gülür). Belə hallarda özümün oynadığı vaxtları göz önünə gətirmişəm. Məşqçilərim bəzən müəyyən xətalarımza göz yumurdular, bağışlayırdılar. Cəzalar da müddətinə görə fərqli olur. Komandada 20 fərqli insan varsa, mütləq belə hallara rast gələcəyik. Ailədə də görürsən ki, bəzisi ərköyün olur, hirslənirsən, sonra bağışlayırsan. Əsas odu ki, səhvini başa düşsün, özünü yığışdırsın. Tək o yox, bütün futbolçular. Dəfələrlə bildirmişəm ki, futbolçunun işinə sevgi yoxdursa, onun nəyəsə nail olması mümkün deyil. Elvinlə söhbətimiz oldu. Bunu açıb danışmağa ehtiyac yoxdu.

 

- Rüfət Dadaşov Almaniya mətbuatına açıqlamasında bildirib ki, Azərbaycan millisinə dəvət alması üçün peşəkar kluba keçib. Onun kiçik qardaşı Renat isə nizam-intizamsızlığa görə "Ayntraxt"dan qovulub. Bu qardaşların milli perspektivi haqda danışardınız...

- Özünüz də yaxşı bilirsiniz ki, hər toplanışa bütün futbolçuları dəvət edə bilmərik. Ancaq bir şeyi əminliklə deyə bilərəm ki, bütün futbolçular nəzarətimiz altındadı. Rüfətin milliyə görə daha iddialı klub seçməsi sevindirici fikirdi. Kimin potensialı daha yuxarı olacaqsa, hər futbolçuya şans verməyə çalışacağıq. Renata gəlincə, onun haqda danışmağa ehtiyac yoxdu. Gördünüz ki, hələ ki sıralarımızda yoxdu. İnsandı da, ola bilər ki, bir ili özünü pis aparsın, bir il yaxşı. Bu, gənc yaşlarının səhvi ola bilər. Renat millimizdə də oynayıb, U-21-in da üzvü olub. Mənim üçün vacib olan işinə istəklə yanaşması, klubunda daim stabil çıxış etməsidi.

- Milli üzvlərinin 90 faizindən çoxu daxili çempionatda çıxış edir. Premyer Liqada da temp, demək olar ki, yoxdu. Bu amil seçim zamanı işinizi çətinləşdirmir?

- Biz nə seçim varsa, onu edirik. Çalışırıq daha yaxşılarını cəlb edək. Bəzən səhvlərimiz ola bilər, nədəsə yanıla bilərik. Oyunçu meydanda və həyatda fərqli davrana bilər. Tempə gəldikdə, sürəti mütləq artırmalıyıq. Amma yanvardan bəri sürət, mübarizə, oyun nizam-intizamı baxımından bütün komandaların oyunlarında yaxşılığa doğru dəyişiklik görürəm. Bu hal məni bir az sevindirir. Ancaq çox azdı.

- Pedro Enrike üçün PAOK-un 5 milyon avro tələb etdiyi bildirilir...

- 5 milyonumuz yoxdu (gülür). Əlbəttə ki, PAOK bu qədər məbləğ tələb etsə, söhbət bağlanacaq. Hazırda fikrimiz çempionatdadı. Vaxtı gələndə bu barədə danışacağıq.

- Milli komandalarda sistem formalaşmaqdadı. Bəs təsisləşmə baxımından vəziyyət nə yerdədi? Yaxın zamanda planda ayrı ofisə köçmək, yeni sosial şəbəkə açmaq varmı?

- Ofislə bağlı işlər gedir. Tam hazır olmalıdı. Bu, bir günün içində olan şey deyil, müəyyən vaxt lazımdı. Aylar keçdikcə bunları hissə-hissə həyata keçirməyimiz müsbət hal olacaq. Çalışırıq rəhbərliklə bir yerdə yaxşı iş ortaya çıxaraq.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Qəbələ” “Səbail”lə bacarmadı
Azərbaycan gimnastları gümüş medal qazandı
Güləşçilərimiz dünya çempionatında finala yüksəlib

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi