Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38579
az

Müdafiə nazirləri ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul etdilər

20:4604 Sentyabr, 2020
583
HƏRBİ
  • A

Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 4-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv dövlətləri Müdafiə Nazirləri Şurasının  növbəti  iclasında iştirak edib.


Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Zakir Həsənov çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir davam etdiyini, bunun nəticəsində bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün düşdüyünü görüş iştirakçılarının diqqətinə çatdırıb.


Azərbaycanın Müdafiə naziri vurğulayıb ki,  ərazilərimizin 20 faizinin MDB-nin üzvü olan bir dövlət tərəfindən işğalı faktı beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən bu Birliyin normalarına və ruhuna ziddir.


Ermənistan tərəfinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi genişmiqyaslı təxribatın regional təhlükəsizliyə təhdid yaratdığını qeyd edən Müdafiə naziri eyni zamanda rəsmi Yerevanın Azərbaycanla MDB-yə üzv olan dövlətlər arasında münasibətlərə xələl gətirmək məqsədi güddüyünü də bildirib.


İclasın yekununda Böyük Vətən Müharibəsində Qələbənin və İkinci Dünya Müharibəsinin bitməsinin 75 illiyi ilə bağlı birgə bəyanat imzalanıb.


Bəyanatı imzalayan Müdafiə nazirləri bir sıra məsələlərə münasibət bildirməklə yanaşı BMT-nin məqsəd və prinsiplərinə, qəbul edilmiş beynəlxalq hüququn normalarına, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsiplərinə sadiq qaldıqlarını təsdiq ediblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukraynanın raketi azalıb
Ehtiyata keçirilən şəxslərin hərbi qeydiyyat    qaydası      dəyişir
Əsgərlik yaşı ilə bağlı layihə son     oxunuşdan      keçdi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır