Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3855
az

Paris-Bakı əlaqələri yeniləndi: İrəvan çox narahatdır

21:0321 İyul, 2018
1011
SİYASƏT
  • A
Yaxın dövrdə biz bu səfərin əhəmiyyətini daha aydın şəkildə görə biləcəyik.

"Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfərinin əhəmiyyəti Ermənistan tərəfinin həyacanlı davranışlarında, səfər ərəfəsində Ermənistan mətbuatında Azərbaycan-Fransa münasibətlərinin inkişafı barədə yer alan yazılarda da özünü büruzə verir. Ermənilər artıq "Paşinyan inqilabı" layihəsinin gözlənilən effekti vermədiyini başa düşüblər və anlayıblar ki, baş verənlər onları ənənəvi himayəçiləri ilə qarşı-qarşı qoymaqla yanaşı Qərblə münasibətlərinə də müsbət təsir göstərməyib".
Bu barədə Milli.Az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, siyasi analitik Elçin Mirzəbəyli Prezident İlham Əliyevin Fransaya səfərini dəyərləndirərkən bildirib. Onun sözlərinə görə, Ermənistanın və dünya ermənilərinin Azərbaycanın mövqelərinin zəiflədilməsinə xidmət edən "məxməri inqilab", "demokratik dəyişikliklər" ssenarisi baş tutmayıb: "Heç kimi ərazisində başqa dövlətin hərbi bazası olan, tamamilə əks hərbi-siyasi blokda təmsil olunan, ölkənin həyati əhəmiyyət kəsb edən bütün sektorlarını başqa bir ölkənin oliqarxlarına təslim edən, qonşu ölkənin ərazilərini işğal altında saxlayan bir forpost dövlətin demokratiya haqqında nağıllarına inandırmaq mümkün deyil. Sən nə oyun qurursan qur, əgər müstəqil qərar qəbul etmək hüququn yoxdursa, o zaman bu oyunun sonunda məğlub duruma düşəcəksən. Fransa Avropanın ən böyük dövləti, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Dünyadakı ən böyük erməni diaspor təşkilatlarından birinin bu ölkədə olması da Fransanı daim Azərbaycanın diqqət mərkəzində saxlayır. Bu baxımdan Azərbaycan-Fransa əlaqələrinin inkişafı ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edir".   Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Ermənistanı HƏDƏLƏDİ: Avrasiya İqtisadi İttifaqından çıxsa...
Lukaşenko oliqarxları ittiham etdi: Hər şey ədalətsizliklə başladı
Vaşinqtonda fövqəladə vəziyyət elan edildi

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib