Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Ora “Bahadırın bankı” deyirdilər- Milyonçu qardaşlar hakim qarşısında

Ora “Bahadırın bankı” deyirdilər- Milyonçu qardaşlar hakim qarşısında

Ölüm,sənə ölüm olsun... -Şəmsi Vəfadar Qənirə Paşayevadan yazır

Ölüm,sənə ölüm olsun... -Şəmsi Vəfadar Qənirə Paşayevadan yazır

XƏBƏR LENTİ

27 Sentyabr 2024
Ceyhun Bayramov ABŞ Prezidenti ilə görüşdü -FOTO
Münəvvəri qətlə yetirib intihar edən sevgilisi sağdır? -Məzar açılacaq
26 Sentyabr 2024
“Allah qorusun”, yoxsa “Tanrı qorusun” - Hansı doğrudur? + İlahiyyatçıdan AÇIQLAMA

""Ənənəvi oktyabr sürprizi", genişmiqyaslı müharibə təhlükəsi..." -Polkovnik KARTLARI AÇDI
Şuşada Vüqar Həşimov Memorialının açılış mərasimi oldu -FOTO
Qızıl yeni rekorda imza atdı, gümüş isə KƏSKİN BAHALAŞDI
Dopinq testinə görə rüşvət verən idmançıya belə CƏZA KƏSİLDİ
Azərbaycan və Ermənistan RAZILIĞA GƏLDİLƏR: Sülh Sazişi üçün... -FOTO/YENİLƏNDİ
Zelenskinin Pensilvaniya səfəri VƏZİYYƏTİ DƏYİŞDİ -Tramp inciyə bilər
Nazirlik rəsmisi Zəngəzur dəhlizinin açılmasından DANIŞDI -FOTO
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ: bunu bilməsəniz...
Prezident Anım Günü ilə bağlı paylaşım etdi -FOTO
Azərbaycan və Ermənistan qısa müddətdə Sülh Sazişi üçün əlavə səylər barədə razılığa gəlib
BÜTÜN XƏBƏRLƏR
38434
az

Kəndə apardıqları qızı yolda zorlamaq istədilər - Azərbaycanda ŞOK ƏMƏL

08:3601 Sentyabr, 2020
2378
KRİMİNAL
  • A

Azərbaycanda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Şamaxı şəhər sakini, 1983-cü il təvəllüdlü Rasim Təhməzov və Qobustan rayon sakini, 1991-ci il təvəllüdlü Əhməd Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu24.com-un xəbərinə görə, Rasim Təhməzov 25 iyul 2018-ci il tarixdə Əhməd Qəribov, Əjdər Abdullayev, Faiq Şıxəliyev və sonuncunun vasitəsilə həmin gün tanış olduğu Şamaxı rayonu, 2-ci Çaylı kənd sakini Samirə Məmmədova (cinayət işindəki şəxslərin ad və soyadları şərti verilib - red.) ilə birlikdə İsmayıllı rayonu ərazisində yerləşən yeməkxanaya gəliblər.

Onlar orada şam yeməyindən sonra Samirə Məmmədovaya qarşı zor tətbiq etməklə cinsi əlaqədə olmaq məqsədilə Əhməd Qəribov ilə qabaqcadan əlbir olublar. Hər iki şəxs bu cinayətkar niyyətlərini həyata keçirməkdən ötrü Rasim Təhməzovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillə Samirəni yaşadığı Şamaxı rayonu 2-ci Çaylı kəndinə aparıblar. Gecə yarı saat 2 radələrində Rasim avtomobili kəndarası yolda, kəndin giriş hissəsindən 700 metr məsafədə saxlayıb və Samirənin onlarla cinsi əlaqəyə girməyəcəyi halda gecə vaxtı avtomobildən düşürəcəyini bildirib.

Samirə onların intim əlaqədə olmaq barədə təkliflərini rədd edib. Bu səbəbdən Samirə avtomobildən düşüb, piyada yaşadığı kəndin içərisinə doğru yollanıb. Həmin vaxt Rasim qadının arxasınca gedib, zorla onu avtomobilə doğru gətirib. Orada cinsi əlaqədə olmaq istəyiblər.

Bu zaman Faiq Şıxəliyev Rasimin bu hərəkətlərinin qarşısını almaq üçün mübahisə edib, Əjdər Abdullayev və Əhməd Qəribov onların mübahisə etməsinə imkan verməyib. Bu ərəfədə Samirə mobil telefon vasitəsilə Daxili İşlər Nazirliyinin "102" məlumat mərkəzinə zəng edib, şikayət etdiyini hiss edən Əjdər Abdullayev və Faiq Şıxəliyev oradan qaçıblar. Bu zaman Rasim və Əhməd Samirənin qollarından tutaraq zor tətbiq etməklə, onu avtomobilin arxa oturacağına uzandırıblar. Əhməd Samirənin əllərindən tutaraq saxlayıb, Rasim isə arxası üstə avtomobilin oturacağına uzanıqlı vəziyyətdə olan Samirəni döyüb, əynində olan şalvarı soyundurub. Həmin vaxt Rasim Samirə ilə cinsi əlaqədə olmaq istəyən vaxtı sonuncunun daha öncədən Daxili İşlər Nazirliyinin "102" məlumat mərkəzinə etmiş olduğu şikayəti əsasında Şamaxı rayon polis şöbəsinin əməliyyat qrupunun üzvlərinin xidməti avtomobillə hadisə yerinə yaxınlaşmaları ilə əlaqədar niyyətini başa çatdıra bilməyib. İstintaq orqanı tərəfindən Rasim Təhməzov və Əhməd Qəribovun barəsində Cinayət Məcəlləsinin 29, 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama törədilkidə) maddəsilə ittiham elan edilib. Təqsirləndirilən şəxs qismində ifadə verən Rasim Təhməzov iddia edib ki, onlar Samirə ilə cinsi əlaqədə olmaq istəməyiblər. Qeyd edib ki, sərxoşluğun təsiri altında avtomobildə olan zaman Əhmədlə Samirə mübahisə edib, bu mübahisədən sonra Samirə polisə şikayət edib. Digər təqsirləndirilən Əhməd Qəribov da ifadəsində Samirə ilə mübahisə etdiyini, onların arasında dava olduğunu etiraf edib. O, Samirə ilə mübahisə edən zaman sərxoş olduğunu söyləyib. Əhməd Qəribov qeyd edib ki, Samirə ilə intim əlaqədə olmağı təklif etməyib, bu səbəbdən ona qarşı zorakılıq göstərməyib. Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Samirə Məmmədova isə ifadəsində hər iki təqsirləndirilən şəxsin zorakılığı ilə üzləşdiyini etiraf edib. Kafedə ofisiant işlədiyini deyən zərərçəkmiş həmin vaxtdan Faiqlə tanış olub. O, qeyd edib ki, hadisə baş verən günü kafedə yeyib-içiblər. Sonra evə qayıdanda Əhməd ona intim əlaqədə olmağı təklif edib. Bu səbəbdən aralarında mübahisə yarandığını deyən zərərçəkmiş polisə şikayət etdiyi bildirib. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar günühasız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Hər iki təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Hakim heyəti təqsirləndirilən şəxslərin şikayətini qismən təmin edib.

Onların cəzaları 6 ildən 5 ilə endirilib. Bu qərardan narazı qalan Rasim Təhməzov kasasiya şikayəti verib. O, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib. Rasim Təhməzova aid olan cinayət işi baxılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda kasasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilib.(Teleqraf.com)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Münəvvəri qətlə yetirib intihar edən sevgilisi sağdır? -Məzar açılacaq
Bakıda qadına hücum edən şəxsə hökm oxundu
Bakıda olay: Uşağa işgəncə verən atalığı həbs edilib

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Münəvvəri qətlə yetirib intihar edən sevgilisi sağdır? -Məzar açılacaq