Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38412
az

Mehmanxana biznesi dərin böhran keçirir - ŞƏRH

15:3331 Avqust, 2020
713
  • A

2020-ci ilin martından tətbiq olunan sərt karantin rejimindən ən çox əziyyət çəkən fəaliyyət sahələrindən biri də mehmanxana və mehmanxana tipli müəssisələrdir. Yanvar və fevral aylarında mehmanxana xidmətindən istifadə edən müştərilərin sayı kifayət qədər olsa da mart ayından başlayaraq ciddi müştəri azlığı müşahidə edilir. Martdan sonra müştərilərin sayı davamlı azaldığından meymanxanaların aylıq gəliri bir neçə dəfə kiçilərək 15-17 milyon manatdan 3-3,5 milyon manata düşüb.

Oxu24.com  bildirir ki, 2020-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, ölkəmizdə 642 ədəd mehmanxana və mehmanxana tipli müəssisə var. Son 4 ildə onların sayı 94 ədəd artıb. 2020-ci ilin birinci yarısına aid olan məlumata əsasən mehmanxana və mehmanxana tipli müəssilərdə 381 min nəfər gecələyib. 2019-cu ilin eyni dövr ilə müqayisə etdikdə görürük ki, gecələyənlərin sayı 2,16 dəfə azalıb. Ötən ilin birinci yarısında 825,2 min nəfər mehmanxana və mehmanxana tipli müəssilərin xidmətindən faydalanmışdı. Mehmanxanalarda birdəfəlik tutumdan istifadə səviyyəs 7,6 faiz, o cümlədən Bakıda 11,4 faiz olub.

 

Mehmanxanaların müştərilərinin sayının azalması həm Azərbaycan vətəndaşlarının, həm də əcnəbilərin sayında qeydə alınan azalma hesabına baş verib. Amma ölkə vətəndaşlardan fərqli olaraq mehmanxana xidmətindən istifadə edən əcnəbilərin sayında daha böyük azalma baş verib. Belə ki, ölkə vətəndaşlarının sayında 1,52 dəfə azalma qeydə alındığı halda, əcnəbilərin sayında 2,75 dəfə azalma olub.

 

Ümumiyyətlə, mehmanxana və mehmanxana tipli müəssilərindən xidmətindən daha çox əcnəbilər istifadə edir. Bu ilin birinci yarısında 172,4 min ölkə vətəndaşı mehmanxana və mehmanxana tipli müəssilərin xidmətindən faydalanmışdırsa, həmin dövrdə 208,5 min əcnəbi xidmətlərdən bəhrələnib. Müqayisə üçün bildirək ki, 2019-cu ilin birinci yarısında 262 vətəndaşımız və 563 min əcnəbi mehmanxana və mehmanxana tipli müəssisələrinin xidmətindən istifadə edib.

Yaranmış vəziyyət mehmanxana və mehmanxana tipli müəssilərin gəlirini o qədər azaldıb ki, onlar mart ayından zərərlə işləməyə başlayıblar. İlin birinci yarısında mehmanxanaların 72 milyon manat gəliri olub. Bunun 45,8 milyon manatı Bakının payına düşüb. Mehmanxanalar gəlirin 42,3 milyon manatını nömrələrin satışından, 20,6 milyon manatını iaşə xidmətlərindən,2,4 min manatını müalicə sağlamlıq xarakterli xidmətlərdən 6,7 milyon manatı digər xidmətlərdən əldə edib. Bu dövrdə mehmanxanaların xərcləri 97,2 milyon manat olmaqla gəlirdən 25,2 milyon çox olub. Xatırladaq ki, 2019-cu ilin birinci rübündə mehmanxanaların gəliri 187,7 milyon manat xərci 136 milyon manat, xalis gəliri 51,1 milyon manat olmuşdu.

Mehmanxanaların xərcində daha çox paya əmək haqqı xərcləri (37,44 milyon manat), içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər (11 milyon manat), vergilər (10,85 milyon manat), bütün növ yanacaq və enerji xərcləri (6,45 milyon manat) və digər xərclər təşkil edib.

Mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirinin azalması işçilərin sayının ixtisarına da səbəb olub. İlin birinci yarısında işçilərin sayı 10 848 nəfərə düşüb ki, bu da ötən ilin eyni dövründən 419 nəfər azdır. İxtisarlar bölgələrdə olan mehmanxanalarda qeydə alınıb. Bakıda isə işçilərin sayı 111 nəfər artaraq 5665 nəfərə yüksəlib.

 

Aylar üzrə götürdükdə mehmanxanaların gəliri yanvarda 15 milyon manat, fevralda 14,7 milyon manat, martda 6,26 milyon manat, aprel, may və iyun aylarının hər birində 3-3,5 milyon manat təşkil edib.

Xərclərə gəldikdə isə yanvarda 15,6 milyon manat, fevralda 14,4 milyon manat, martda 8,65 milyon manat aprel, may və iyun aylarının hər birində 6-6,5 milyon manat xərc olub.

Göründüyü kimi mart ayından mehmanxanalar zərər edir. Belə davam edərsə, mehmanxanaların zərəri ilin yekununda daha böyük olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi