İranın qərbində yerləşən neft anbarında meydana gələn partlayış nəticəsində iki nəfər həlak olub, daha iki nəfər itkin düşmüş hesab edilir.
Partlayışdan sonra Xomeyn şəhərinin elektrik stansiyası yaxınlığında güclü yanğın baş verib.
Hadisə yerinə Ərak şəhərindən cəlb olunan yanğınsöndürənlər briqadasının rəhbəri bildirib ki, yanğının ciddi fəsadlara yol açacağı istisna olunmur. Bu səbəbdən də əhaliyə hadisə zonasına yaxınlaşmamaq tövsiyə edilib. Oxu24.com
ŞƏRHLƏR