Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38285
az

Dünyanın ən gözəl qızı bu ağır xəstəlikdən əziyyət çəkir

09:5329 Avqust, 2020
385
DÜNYA
  • A

"Hər gün xəstəliyin ən azı 10 simptomunu hiss edirəm. Bu, 14 yaşımda başladı və 18 yaşımda sürətləndi," - deyə B.Hadid etiraf edib.

Fələstin əsilli amerikalı supermodel, dünyanın ən gözəl qızı kimi tanınan Bella Hadid xəstəliyi barədə danışıb. O, Laym xəstəliyindən əziyyət çəkdiyini bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə özünün "Instagram" hesabının hekayə bölümündə məlumat verib. 23 yaşlı cazibədar model hər gün mübarizə aparmalı olduğu xəstəliyin ciddi simptomları arasında nizamsız ürək döyüntüsü, əhval dəyişikliyi, oynaq ağrısı, tərləmə, ürək bulanması, nəfəs darlığı, yuxusuzluq, baş ağrısı, panik atak və s. sadalayıb.

"Hər gün xəstəliyin ən azı 10 simptomunu hiss edirəm. Bu, 14 yaşımda başladı və 18 yaşımda sürətləndi," - deyə B.Hadid etiraf edib.

Qeyd edək ki, supermodel Bella Hadid 2019-cu ildə dünyanın ən gözəl qızı elan edilib. Tədqiqatlar göstərib ki, onun üz cizgiləri ideal hesab olunub. İngiltərəli plastik cərrah Culian De Silva gözəlliyin müəyyənləşdirilməsinə elmi cəhətdən yanaşaraq onu planetin ən gözəl qadını hesab edib. O, dünya ulduzlarının dodaqları, burunu, çənəsi, alınının yerləşməsini kompüter analizi vasitəsilə hesablayaraq, ən ideal formul tapıb. Nəticədə, supermodel Bella Hadid 94,35 faizlə ideal nisbətə yaxınlaşıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsveç şirkətinin 5 min əməkdaşı Gürcüstanda tətil elan etdi
Britaniyanın yeni xarici işlər naziri kanadalı həmkarı ilə görüşdü
Ukrayna və Polşa saziş imzaladı

Maradonanın qızından şok açıqlama: "Atamla danışıram"

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Filarmoniyadakı əməliyyatla bağlı yeni məlumat: Həbs edilən var