Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38227
az

Daha bir vəzifəli şəxs övladına toy etdi, polis işə qarışdı - FOTO/VİDEO

13:3427 Avqust, 2020
510
  • A

Paytaxtda mobil rabitə şirkətlərindən birinin vəzifəli şəxsinin ölkədə tətbiq olunan karantin qaydalarını pozaraq Səbail rayonunda yerləşən “Sea Bay” restoranında toy məclisinin keçirilməsilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər DİN tərəfindən nəzarətə alınıb.

DİN-dən Oxu24.com.-a verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində şirkətin satış menecerinin övladının bir qrup şəxsin iştirakı ilə toy şənliyinin keçirildiyi aşkar olunub. Şənliyin təşkilatçıları, sifarişçiləri və iştirakçılarının bir qismi müəyən edilib və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Belə ki, toy məclisini təşkil edən hüquqi şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə 4000 manat, restoranın mühasibatçısı 400 manat cərimə olunub. 2 nəfər inzibatçı barəsində tərtib edilən protokollar rayon məhkəməsinə göndərilməklə barələrində məhkəmənin qərarı ilə 10 gün inzibati həbs tənbeh növü tətbiq olunub. Eləcə də restoran işçilərindən 6 nəfər müvafiq maddələrlə inzibati xəta haqqında protokollar tərtib olunaraq, hər biri 100 manat cərimə olunub.

Toy məclisinin sifarişçilərindən 2 nəfər qanunverciliyə uyğun olaraq 400 manat məbləğdə, iştirak edənlərdən isə 9 nəfər 200 manat məbləğində cərimə olunublar.

Şənlikdə iştirak edərək karantin qaydalarını pozan digər şəxslərin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan bu ölkəyə başsağlığı verdi

Bakıda ev YANIR
Bakı metrosunda qatar yoluna düşən 20 yaşlı oğlanın son durumu- YENİLƏNDİ

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var