Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3820
az

BAKIDA DƏHŞƏTLI CINAYƏT — QIZ ATASINI BALTALADI

15:0020 İyul, 2018
961
KRİMİNAL
  • A
 Atasının başından balta ilə vuraraq öldürməyə cəhd edən qız məhkəmə qarşısına çıxarılacaq.

OXU24.COM "ölkə.az”a istinadən xəbər verir ki, Aliya Həbibovanın barəsində olan cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 23-nə təyin edilib.

İttihama görə, cinayət hadisəsi ötən il noyabrın 4-də Binəqədi rayonu, 8-ci mikrorayon qəsəbəsində baş verib.

Cəfər Xəndan küçəsində ailə münaqişəsi zamanı Aliya Həbibova atası, 1956-cı il təvəllüdlü Cəmşid Azad oğlu Salxakinin başından balta ilə vurub.

Cəmşid Salxakin kəsilmiş-çapılmış xəsarətlərlə 1 saylı Xəstəxanaya gətirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Cəmşid Salxakini öldürməyə cəhd edən Aliya Həbibova Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Aliya Həbibovanın barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Goranboyda 57 yaşlı kişi özünü asdı
88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı