Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3797
az

Mingəçevirdəki enerji qəzasının nəticələri tam aradan qaldırıldımı?

16:3019 İyul, 2018
1046
  • A
   Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) baş vermiş qəzanın nəticələri kompleks olaraq aradan qaldırılıb.

Bunu Oxu24.com-un sorğusuna cavab olaraq “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib.

Y.Babanlı deyib ki, narahatlığa əsas yoxdur:

“Qəza ilə bağlı təmir-bərpa işləri yekunlaşdırılıb. Amma istismarda olan cərəyan transformatorlarının növbədənkənar təftişi, sınaq-yoxlama işləri də diqqətdədir və bu tədbirlərdə başa çatdırılmaq üzrədir”.

Y.Babanlı həmçinin Gürcüstan və Rusiya ilə enerji mübadiləsi məsələsinə də aydınlıq gətirib:

“Gürcüstandan idxal dayandırılıb, Rusiya ilə paralel iş rejimində razılaşdırılmış yük qrafikinə əsasən, elektrik enerjisinin mübadiləsi həyata keçirilir. Paralel iş rejimi dedikdə sinxron zonada eyni tezlikdə fəaliyyət nəzərdə tutulub”.

İyulun 3-nə keçən gecə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb.

Dərhal Prezident İlham Əliyevin sərəncamı ilə baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi Dövlət Komissiyası yaradılıb.

Qəzaya görə cinayət işi açılıb. Hazırda qəzanın səbəbləri araşdırılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhalinin banklara inamı artır?
"Keşlə bazarı"nın yeni məkanından REPORTAJ - VİDEO
Əhaliyə ŞAD XƏBƏR: Bəzi ərzaq məhsulları UCUZLAŞACAQ -VİDEO

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi