Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3794
az

Prezident əlillərlə bağlı qanunu imzaladı

14:0419 İyul, 2018
1212
CƏMİYYƏT
  • A
 Prezident İlham Əliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunu imzalayıb.

Qanun Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

Qeyd edək ki, qanun 40 maddədən, səkkiz fəsildən ibarətdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bağırsaq xərçəngi riskini azaldan qida məhsulu
Həftənin ilk günü hava necə olacaq?
Paşinyandan ETİRAF:"Nə etməli olduğumuz artıq bəllidir"