Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37881
az

Lənkəranski ilə "Lotu Quli"nin qətli: 1 gün fərq ilə...

10:1620 Avqust, 2020
829
KRİMİNAL
  • A

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınmış Nadir Səlifov Türkiyədə qətlə yetirilib.

 "Lotu Quli" Antalyada şam etdiyi şəxs tərəfindən öldürülüb. Bəzi məlumatlara görə, N.Səlifovu güllə ilə başından vuran şəxs Xan ləqəbli yaxın adamı olub.

Xan Qulinin ətrafında xeyli müddətdir ki, olub və ona yaxınlığı ilə seçilib. Quli xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

N. Səlofovu güllələyən Xanın isə hadisə yerindən yaralı qaçdığı, lakin Antalya-Dənizli şosesində saxlanıldığı bildirilir.

Maraqlı məqam isə 2016-cı ildə elə Türkiyədə qətlə yetirilmiş digər kriminal avtoritet Rövşən Lənkəranski ilə “Lotu Quli”nin ölüm günündəki oxşarlıqdır. R.Lənkəranski 2016-il avqustun 18-də gecə qətlə yetirilib.

“Lotu Quli” isə bir gün fərq ilə 2020-ci il avqustun 19-da gecə saatlarında öldürülüb.
Qeyd edək ki, 1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.///lent.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Usta öldü
Bu tiktokerlər də  həbs   edildi
Ötən gün 5,2 kq       narkotik     aşkarlanıb

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü