Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37812
az

Sosial şəbəkələrdə məsuliyyətsizlik - VIDEO

20:2418 Avqust, 2020
426
CƏMİYYƏT
  • A

Son vaxtlar sosial şəbəkələr sanki söyüş poliqonuna çevrilib. Şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtan seli burda artıq gündəlik norma hesab edilir. Üz-üzə gələrkən bir-birinə deyə bilmədiklərini bəzi insanlar sosial şəbəkələr vasitəsilə çatdırmağa çalışırlar. Belə "klaviatura qəhramanları"nın cəzalandırılması üçün dünyanın bir sıra ölkələri ən sərt tədbirlərə əl atır. Azərbaycanda da qanunvericilik söyüş, təhqir, şəxsiyyətin alçaldılmasına görə müəyyən cəza tədbirləri nəzərdə tutur. Amma bu normaların sosial şəbəkələrə tətbiqi zərurəti ortaya çıxır. Millət vəkili Fazil Mustafa deyir ki, sosial şəbəkələrdə yer alan təhqirlərə, böhtanlara dərhal reaksiya verilməsi, məsələ ilə bağlı şikayətlərin təmin olunması vacibdi. Təəssüflər olsun ki, bizim hüquq-mühafizə orqanlarında bu istiqamətdə ixtisaslaşmış kadrların azlığı özünü biruzə verir. Millət vəkili sosial şəbəkələrdə söyüş, təhqir, böhtanın geniş ənənəyə çevrilməsinin ictimai təhlükə yaratdığını bildirir.

Fazil Mustafa məsələnin hüquqi tərəfinin ciddi təhlilə ehtiyacı olduğunu deyir. Hüquqi normalar fəaliyyətə keçməsə bu, ciddi fəsadlarla, hətta intiharlarla nəticələnə bilər.

İT mütəxəssisləri sosial şəbəkələrdə yayılan informasiyanın yoxlanılmasının çox çətin, amma mümkün olduğunu deyirlər. Bəzi ölkələr bunun mexanizmini artıq tapıblar.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi sosial şəbəkələrin tənzimlənməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qanuna görə, xaricdən istifadəçisi 1 milyondan çox olan hər sosial şəbəkə platformasının fəaliyyəti ilə əlaqədar Türkiyədə ən azı bir təmsilçi təyin olunacaq və həmin təmsilçi sosial şəbəkələrdəki təhqir, böhtan, narkotik maddələrin təbliği və neqativ paylaşımlara görə məsuliyyət daşıyacaq.

Əgər təmsilçi müəyyən edilməzsə, 5 mərhələdə cəza tədbirləri tətbiq olunacaq. Əvvəlcə 10 milyon türk lirəsindən başlayaraq 30 milyona qədər pul cəzası və sonuncu mərhələdə isə sosial şəbəkənin fəaliyyəti məhdudlaşdırılacaq.

Sözügedən məsələdə Almaniya təcrübəsindən də faydalanmaq olar. 2017-ci ildən başlayaraq bu ölkədə "Sosial şəbəkənin mühafizəsi haqqında qanun” qəbul edilib və bu "Facebook"la Almaniya hökuməti arasında 14 ay davam edən uzun müzakirələrdən, danışıqlardan sonra mümkün olub. Bu qanun sosial şəbəkə operatorları qarşısında öhdəliklər qoyur və bu öhdəliklər sosial şəbəkələrdə hüquq və qanunun mövcudluğunu, cinayətkarın identifikləşdirilməsini, effektiv cinayət təqibini mümkün edir. 6 maddədən ibarət qanunda əsas 3 məsələ öz əksini tapır: Bunlar sosial şəbəkə operatorunun Hesabat təqdim etmə öhdəliyi, Hüquqazidd məzmunlu paylaşımlar barədə şikayətlərin idarə olunması və Qanunun tələblərinin pozulmasına görə cərimə olunmasını ehtiva edir. Cərimələrin miqdarı isə nə az-nə çox 500 min avrodan 5 milyon avroyadəkdir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Məclisin deputatları Ceyhun Bayramova müraciət etdilər
Nar niyə “təbii aptek” sayılır?
Bu ölkə çətin durumda: Gənclər arasında işsizlik rekord həddə çatıb

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı