Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37769
az

Baş Polis İdarəsindən Bakı sakinlərinə MÜRACİƏT

12:5918 Avqust, 2020
480
ELANLAR
  • A

Fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin tam və hərtərəfli təmin olunması üçün polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktik tədbirlər gücləndirilib.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, istehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun aparılması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə paytaxtın bütün ərazilərində naryad qrupları təlimatlandırılıb.

İctimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət həyata keçirilir.

Paytaxt sakinlərinin diqqətinə çatdırılır ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə və insanlar arasında ara məsafəsinə dair tələblərə əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə, qalan digər tələblərin pozulması isə 211.1-ci maddəsi ilə inzibati xətaya səbəb olur. Mövcud qayda və tələblərə əməl etməyən, fəaliyyətinə icazə verilən sahibkarlıq subyektlərinin və onların vəzifəli şəxsləri barəsində qanunverciliyə uyğun tədbirlər görüləcəkdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 3500-4500 MANAT
"Irshad Electronics" işçilər axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYALAR
DİQQƏT! 8 yaşlı Aytənin yardıma ehtiyacı var

Yuxuda dırnaq görmək buna işarə imiş - YUXU YOZMALARI

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Bakıda müğənni bıçaqlandı