Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3776
az

Rusiya ordusu erməni kəndinə soxuldu - Güllə səsləri...

20:1918 İyul, 2018
1436
DÜNYA
  • A
Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının hərbçilərinin Şirak vilayətinin Panik kəndində hərbi təlimlər zamanı boş güllələrdən istifadə etməsi yerli sakinləri qorxuya salıb.

OXU24.COM Oxu.Az-a istinadla xəbər verir ki, bununla bağlı məlumatı “Aravot” yayıb.
İnsident iyulun 17-də baş verib. Bildirilib ki, kənd sakinləri əvvəlcə müharibənin başladığını zənn ediblər.

“30-dan çox hərbçi kəndə gələn yolu bağladılar və atəş səsləri eşidildi. Yaxşı ki güllələr boş olub. Bütün sakinlər güllə səslərindən sonra evlərindən qaçdılar, hətta huşunu itirən uşaqlar da var”, - kənd icmasının rəhbəri Vardan Makeyan deyib.

“Onlar heç kimi təlimlərin keçiriləcəyi ilə bağlı məlumatlandırmayıb. Əgər Ermənistan Rusiya Federasiyasında bu addımı atsaydı, bunu faciəyə çevirərdilər. Başa düşdük ki, yaxınlıqda hərbi baza var. Çox sağ olsunlar ki, bizi müdafiə edirlər. Amma təlimləri kənd ərazisində keçirmək olmaz”, - o bildirib.

İnsidentin videosu “Facebook” sosial şəbəkəsində yayımlanıb.

Rusiyanın Ermənistandakı 102-ci bazasının komandirinin müavini Aleksey Polyuxoviç deyib ki, baza rəhbərliyi məsələ ilə bağlı araşdırmalara başlayıb.

Şirak rayonunun qubernatoru Karen Saruxanyan bəyan edib ki, rusiyalı hərbçilər fors-major vəziyyətlə bağlı məlumat verib və insidentə görə üzr istəyib.

“Belə bir hadisə ilk dəfə baş verib və onlar bunun bir daha təkrar olunmayacağını bildiriblər. Hazırda məsələ ilə bağlı araşdırmalar aparılır”, - Saruxanyan qeyd edib.

Panik kəndi “Alaqyaz” poliqonunun yaxınlığında yerləşir Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tarixi ŞANS YARANDI: İsrail İranın nüvə obyektlərini vura bilər
Hindistan Rusiyadan 4 milyard dollara Voronej radarını alacaq
Ukrayna yüz minlərlə mərmi və minlərlə raket alacaq

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Axtarışa verilən yeniyetmə tapıldı