Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37743
az

SON DƏQİQƏ! Azərbaycanda iki xanım yüksək vəzifəyə təyin olundu - FOTO

21:5017 Avqust, 2020
3324
SİYASƏT
  • A

Təhsil naziri Emin Əmrullayev yeni kadr təyinatları ilə bağlı əmr imzalayıb.

Oxu24.com  xəbər verir ki, əmrə əsasən, Simuzər Feyzullayeva nazirin müşaviri təyin olunub.

O, 2008-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2010-cu ildə isə magistr dərəcəsi əldə edib. Boston Universitetində hüquqşünaslıq ixtisası üzrə magistr təhsilini (LL.M.) 2011-ci ildə başa vurub. S.Feyzullayeva 2011-2018-ci illərdə “BakerMckenzi” beynəlxalq hüquq şirkətində baş hüquqşünas, 2018-2019-cu illərdə “KPMG” beynəlxalq audit şirkətində hüquq meneceri, 2019-cu ildən isə Təhsil İnstitutunda Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.

Nazirin digər əmrinə əsasən, Nərminə Hüseynova Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin olunub. O, daha əvvəl eyni şöbədə müdir müavini olaraq işləyirdi.

N.Hüseynova 2009-cu ildə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr , 2011-ci ildə Nottinqem Universitetində Dövlət İdarəçiliyi üzrə magistr dərəcəsi əldə edib.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Bakıda həbsdə olan Qukasyan haqda yeni qərar

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı