Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37740
az

Azərbaycanda yüksək vəzifələrə TƏYİNATLAR - FOTO

20:5217 Avqust, 2020
339
CƏMİYYƏT
  • A

Təhsil naziri Emin Əmrullayev yeni kadr təyinatları ilə bağlı əmr imzalayıb.

Oxu24.com xəbər verir ki, əmrə əsasən, Simuzər Feyzullayeva nazirin müşaviri təyin olunub.

O, 2008-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2010-cu ildə isə magistr dərəcəsi əldə edib. Boston Universitetində hüquqşünaslıq ixtisası üzrə magistr təhsilini (LL.M.) 2011-ci ildə başa vurub. S.Feyzullayeva 2011-2018-ci illərdə “BakerMckenzi” beynəlxalq hüquq şirkətində baş hüquqşünas, 2018-2019-cu illərdə “KPMG” beynəlxalq audit şirkətində hüquq meneceri, 2019-cu ildən isə Təhsil İnstitutunda Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.

Nazirin digər əmrinə əsasən, Nərminə Hüseynova Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin olunub. O, daha əvvəl eyni şöbədə müdir müavini olaraq işləyirdi.

N.Hüseynova 2009-cu ildə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr , 2011-ci ildə Nottinqem Universitetində Dövlət İdarəçiliyi üzrə magistr dərəcəsi əldə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər