Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37708
az

Lukaşenko hakimiyyəti hansı şərtlə təhvil verəcəyini AÇIQLADI

17:1717 Avqust, 2020
421
DÜNYA
  • A
“Gəlin oturub konstitusiya üzərində işləyək və referenduma çıxaraq. Bundan sonra, konstitusiyaya əsasən, səlahiyyətlərimi təhvil verəcəyəm. Ancaq nə təzyiq altında, nə də küçə etirazları yolu ilə yox”. Redaktor.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko söyləyib. O əvvəl-axır hakimiyyətdən gedəcəyini də vurğulayıb: “Əlbəttə, nə vaxtsa gedəcəyəm. Bəlkə, bir və ya iki il sonra. Ancaq konstitusiyanı naməlum birinə vermək olmaz. Çünki bu, fəlakətə yol açacaq. Mən ən çox elə bundan qorxuram”. Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ÜST dəhşətli statistikanı açıqladı: 20 mindən çox insan...
Rusiya PUA-sı bu ölkədə göründü: NATO hərəkətə keçdi

Zaxarova Putini dəstəkləmədi: "Harrisin gülüşü..."

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Üzüm yığarkən ölən ər və arvadın FOTOsu