Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3766
az

Hüseyn Abdullayev bütün sirrləri açdı:

14:3618 İyul, 2018
2703
KRİMİNAL
  • A
Hüseyn Abdullayev həbsinin ilk günlərində üzləşdiyi rəftardan qurtulmaq üçün qazancı, anasının ölkədən çıxışına kimlərin kömək etməsi kimi məlumatları detallı şəkildə danışmağa qərar verib, Vergilər Nazirliyi, Sərhəd Qoşunlarındakı dostlarının adını çəkib.

Oxu24.com  xəbər verir ki, bu məlumatı "Yeni Müsavat” yayıb. Qəzet iddia edir ki, həmin şəxslərin kimlikləri, vəzifələri müəyyən olunub və artıq onları işdən çıxarıblar. Son günlər bəzi dövlət idarələrində məmurların toplu halda işdən çıxarılmasının əsas səbəbi məhz Hüseyn Abdullayevin istintaqa açıqlamalarıdır.  Onların bəziləri rəsmən elan olunmadan, qanunauyğun şəkildə istintaqın xüsusi yoxlamalarından keçməkdədir.

Xəbərdə bildirilir ki, Hüseyn Abdullayevin sərgilədiyi bu mövqe onun özünə qarşı münasibətin bir qədər yumşaldılmasına, şəxsi xahişlərinin yerinə yetirilməsinə yol açıb. Hüseyn Abdullayevin belə xahişlərindən biri də xaricdə olan anasının ölkəyə qayıtmasına izn verilməsi ilə bağlı olub. Onun xahişi yerinə yetirilib. Hüseyn Abdullayevin anası artıq Azərbaycandadır.

Digər bir iddiaya görə isə Hüseyn Abdullayev Azərbaycanda Qərbin işlədiyi şəxslərlə bağlı da bildiklərini istintaqa deyib.

Bəlli olub ki, H. Abdullayev istintaqa Azərbaycan hakimiyyəti əleyhinə iş aparan kampanyon və tərəfdarlarının da adlarını açıqlayıb. Üstəlik, o, Avropadakı bir neçə səfirimizlə gizli əlaqələri ilə bağlı da ifadə verib.

Həmçinin H. Abdullayevin Azərbaycanda və ondan kənarda maliyyə dəstəyi verdiyi jurnalistlərin və media quruluşlarının adları da istintaqa bəlli olub. Son günlər yayımı məhdudlaşdırılan və barələrində cinayət işi açılan media quruluşlarından bir neçəsi də  bu cür gizli yardımların əhatəsinə düşənlərdəndir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nəsimidə 1 nəfər intihara cəhd etdi
Bakıda mənzildən kişi meyiti aşkarlandı
Tibb bacısı ağzı "skoç"la bağlandığı üçün ölübmüş -FOTO


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Cinayətdə şübhəli bilinən 51 nəfər saxlanıldı