Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37597
az

Abbas Abbasov saxlanıldı

17:5315 Avqust, 2020
451
KRİMİNAL
  • A

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun DTX tərəfindən həbsindən az sonra daha bir həbs baş tutub.

Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini Abbas Abbasov həbs edilib.

Abbas Abbasov 1949-cu il avqustun 4-də Gəncə şəhərində anadan olub.

1973-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979-1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru, 1982-ci ildən Özbəkistan Respublikasının quşçuluq təsərrüfatlarında direktor müavini, 1983-1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru, 1990-1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon XDS İcraiyyə Komitəsinin sədri, Azərbaycanın Dövlət müşaviri, vəzifələrində işləyib.

1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu dövr ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.

Hazırda "AST Şirkətlər Qrupu" nun vitse-prezidenti və Müstəqil Dövlətlər Biriliyi (MDB) Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədridir. 1990-1995-ci ildən Azərbaycan Respublikasının xalq deputatı olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üzüm yığarkən ölən ər və arvadın FOTOsu
19 gündür axtarılan Narinin cəsədi tapıldı
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Üzüm yığarkən ölən ər və arvadın FOTOsu