Əməkdar artist, aktrisa Nahidə Orucovanın doğum günüdür.
Təəssüratlarını Yenicag.az-la bölüşən aktrisa bu yaşında da sevgi təklifləri aldığını bildirib:
“Yaşımı gizlətmirəm, 57 yaşım tamam olur. 3 ildən sonra 60 yaşım olacaq. Bu yaşımda da əks cinsin nümayəndələri tərəfindən sevgi təklifləri alıramsa, diqqət mərkəzindəyəmsə, deməli yaşın fərqi yoxdur. Özü də yaşca məndən çox cavan insanlar mənə sevgi təklifləri edir. Əlbəttə, qadın üçün əks cinsdən səmimi etiraflar eşitmək, sevgi təklifləri almaq xoşdur. Düşünürəm ki, qadının daxili işığı üzünə vurursa, o zaman gözəl olur. Sosial şəbəkədə mənə hətta nalayiq ifadələr yazan insanlara qarşı belə sərt olmuram. Bəzən yazırlar ki, “bu nəyə oxşayır, nə günə qalıb?” Amma mən onlara ürək göndərirəm. Hər kəs hamını sevə bilməz”.
Əməkdar artist arzularından da danışıb:
“Səhnə adamı üçün ən böyük hədiyyə onun yaratdığı rollardır. Tamaşaçı sevgisini və alqışını ən böyük hədiyyə kimi dəyərləndirirəm” . Oxu24.com
ŞƏRHLƏR