Türkiyədə saxlanılan Adnan Oktarın xanım tərəfdarları Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət ediblər.
Yenicag.az xəbər verir ki, A.Oktarın azərbaycanlı tərəfdarları səfir Erkan Özoralın adına ərizə yazaraq xahiş ediblər ki, onları zərərçəkmiş qismində hazırda istintaqı gedən “Adnan Oktar işi”nə cəlb etsinlər.
Əldə etdiyimiz özəl məlumatda deyilir ki, səfir adına yazılan ərizəni 54 qadın imzalayıb. Onlar ərizələrində qeyd ediblər ki, vaxtı ilə A.Oktarın Bakı şəbəkəsinin üzvü olublar.
Saytımıza bu məlumatı verən və adının açıqlanmasını istəməyən eks “kedicik” Adnan Oktarın Bakı şəbəkəsi ilə bağlı bəzi mühüm faktlardan da danışıb. O, bildirib ki, şəbəkənin kişi üzvləri üçün imam Ramiq Vəliyev, qadın üzvləri üçün imam isə, onun həyat yoldaşı Aysel Vəliyeva olub. Sonuncu jurnalistdir və Naxçıvan Dövlət Televiziyasının (NTV) əməkdaşıdır.
Adnan Oktar Azərbaycandakı şəbəkəyə nəzarəti isə, yaxın adamı İbrahim Tuncerə tapşırıb. R.Vəliyev şəbəkənin Azərbaycanda genişlənməsi üçün böyük bir proje hazırlayaraq İ.Tuncerdən maliyyə dəstəyi tələb edib. Sonuncu həmin projeni Adnan Oktara təqdim etdikdən sonra şəbəkə Bakının “Milyonerlər məhəlləsi” kimi tanınan keçmiş Teymur Əliyev, indiki Məmməd Araz küçəsində iki villa kirayələyiblər: “Mən şəbəkəyə ilk qoşulanlardan idim. Kirayələnən villaların birində biz qalırdıq, digərində oğlan üzvlər. Yalnız gecə yatmağa gedəndə ayrılırdıq, günün başqa saatı demək olar ki, bir yerdə olurduq. İmamlarımız Ramiq Vəliyev və Aysel Vəliyevanı ayda bir dəfə görürdük. Onları çox gözəl insan kimi xarakterizə edə bilərəm. Bizlə çox mədəni rəfdar edirdilər. Xidmətçilərimiz, aşpazlarımız var idi. Bakıda dəbdəbəli parti və konsertlərə gedib şəbəkəyə yeni üzvlər cəlb etməli idik”. Oxu24.com
ŞƏRHLƏR