Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37559
az

Uşaqpulu qərarı gəlir: məbləği nə qədər olacaq? - Deputat

22:3014 Avqust, 2020
447
REDAKTORUN SEÇİMİ
  • A

Uşaqpulu mərhələli şəkildə, yəni əvvəlcə 6-7 yaşına qədər, daha sonra isə 18 yaşına qədər olan şəxslərə verilə bilər. Vətəndaşlara veriləcək uşaq pulu minimum sosial müavinət qədər olmalıdır.

Bu barədə  millət vəkili Fazil Mustafa uşaqpulu ilə bağlı məsələnin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması haqda danışarkən deyib. O bildirib ki, uşaq pulu uzun müddətdir aktual olan və vətəndaşlarımızın da tez-tez dilə gətirdiyi sosial məsələdir:

“Bu məsələ Milli Məclisin hər zaman gündəmində olub və qarşıdan gələn payız sessiyasında müzakirəyə çıxarıla bilər. Çünki bəzi müzakirələrə ehtiyac var.

Xüsusilə adının köhnə qaydada uşaqpulu, yoxsa daha fərqli olacağı, həmçinin hansı yaş qrupuna nə qədər məbləğ veriləcəyi məsələləri müzakirə edilməlidir.

Bundan başqa, uşaqlar üçün nəzərdə tutulan yardımın hansı yolla veriləcəyi də müzakirə olunmalıdır. Burada dövlətin mövcud iqtisadi vəziyyəti nəzərə alınmalıdır.

Düşünürəm ki, Milli Məclisin payız sessiyasında bu yöndə bir qərar veriləcək”. (Axar.az)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ali Məhkəmədə yeni hakim- Təyinatları
Dolu düşəcək - XƏBƏRDARLIQ
Şikayətçiyə generaldan məktub gəldi

Yuxuda dırnaq görmək buna işarə imiş - YUXU YOZMALARI

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
İki azyaşlı bacısını öldürüb parka gəzməyə getdi- Rusiyada dəhşət