Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37466
az

Aynişan ilk dəfə həyat yoldaşı ilə boşanmalarından danışdı - FOTO

14:0013 Avqust, 2020
477
ŞOU-BİZNES
  • A

Müğənni, bloqer Aynişan Quliyeva ilk dəfə həyat yoldaşı Kənan Əliyev ilə "Instagram”da bir-birini izləmədən çıxarmaları barədə açıqlama verib.

Oxu24.com  xəbər verir ki, Aynişan bunu "qara piar” adlandıranlara cavab olaraq bildirib ki, onun heç bir reklama ehtiyacı yoxdur:

"Səhifəm Azərbaycanın ən güclü səhifələrindən biridir. Nə heç bir qalmaqala qarışmamışam bu günə kimi, nə də heç bir məşhurla sırf reklam olunum deyə, dostluq etməmişəm. Yeni layihəm olan mağazamın tanıtımı üçün isə nə heç kimin reklamına, nə də özümü bu qədər ucuz reklam etməyə ehtiyac duymuram.

Dəqiq bilmək istəyirsinizsə, elə o paylaşan səhifələr mənim hesabıma özünə reytinq toplamağa çalışır. Bu günə kimi nə mən, nə də həyat yoldaşım heç bir açıqlama verməmişik. Çünki hər bir açıqlama yeni bir mövzudur. "Instagram” və "Facebook” hesabımdan başqa heç bir hesabım yoxdur.

O ki qaldı kim kimi "unfollow” etdi, kim kimin şəklini sildi, məncə, bu, dünyada baş verən qlobal bir problem deyil. Hər ikimiz ailə tərbiyəsi görmüş, mədəni və sivil insanlarıq. Mənə görə narahat olan, yazıb mənə dəstək olan insanlar, siz çox yaxşı insanlarsınız. Sizin dəstəyinizin əvəzi yoxdur. Öpürəm o gözəl qəlbinizdən”. 

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

25 il sonra ATV-də birləşdilər (VİDEO)
Firuzə evindən ilan tapdı - VİDEO
Hiss səhnəyə elə bir geyimdə çıxdı ki... -FOTOLAR

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var