Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37432
az

Hava ilə bağlı AÇIQLAMA

20:2512 Avqust, 2020
273
CƏMİYYƏT
  • A

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz  29-33,  Bakıda  gecə 21-23, gündüz  30-32 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.   Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. 

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı,  ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi  gözlənilir. Səhər dağlarda duman olacaq.  Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə  arabir  güclənəcək. Havanın temperaturu  gecə 19-24, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacaq.   

Avqustun 13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prokurorluq əməkdaşı faciəvi şəkildə öldü -FOTO
Ağdaşda 28 yaşlı gənc qətlə yetirildi
Bakıda şadlıq evində YANĞIN

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var