Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37426
az

Ziyillərin xalq təbabəti vasitələri ilə müalicəsi

20:1012 Avqust, 2020
288
CƏMİYYƏT
  • A

Ziyillərin səbəbi papillomavirus infeksiyasıdır. Ziyillər təhlükəli olmasalar da bəzən ciddi kosmetik defekt yaradır.

Ziyillərdən azad olmaq üçün müasir kosmetik metodlar istifadə olunur - krioterapiya (maye azotla yandırılma) və elektrokoaqulyasiya (elektrik cərəyanla yandırılma).

Xalq təbabəti də ziyillərlə mübarizə etmək üçün effektli vasitələri təqdim edir. Bu vasitələr arasında:

- Sarımsaq. Sarımsaq nazik doğranılır, ziyilin üzərinə qoyulur və bintlə bərkidilir. Sarımsağı 2 saat saxlayın. Bu proseduraları gündə 2 dəfə ziyil yox olana qədər edin.

Digər üsul - 3 diş sarımsaq sarımsağəzənlə əzilir və eyni miqdarda ətçəkən maşınında çəkilmiş qoyun piyi ilə qarışdırılır. Bu məlhəm gündə 2 dəfə ziyilin üzərinə çəkilir və 2 saatdan sonra yuyulur. Hazır məlhəmi  soyuducuda saxlayın.

- Dəmrovotu bitkisinin şirəsi. Bu da çox effektli vasitədir. Ən sadə üsul: dəmrovotu bitkisinin gövdəsindən şirə sıxılır (şirə açıq-sarı rəngdədir) və qulaq çöpü ilə ziyilin üzərinə çəkilir. Diqqətli olun! Şirə zəhərlidir - ağıza, gözlərə, sağlam dərinin üzərinə düşməməlidir. Bu vasitə gündə 2-3 dəfə ziyillərin üzərinə çəkilir.

Həmçinin dəmrovotudan müalicəvi dəmləmə də hazırlamaq olar. 1 x.q. quru dəmrovotunun üzərinə 1 stəkan qaynar su əlavə olunur, vam odda qaynara düşənə qədər qızdırılır, soyudulur və süzülür. Dəmləməni gündə 2-3 dəfə ziyilin üzərinə çəkilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prokurorluq əməkdaşı faciəvi şəkildə öldü -FOTO
Ağdaşda 28 yaşlı gənc qətlə yetirildi
Bakıda şadlıq evində YANĞIN

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var