Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3739
az

Sürücülərə şad xəbər: elektron protokolun çatdırılma müddəti 1 günə endi

13:5917 İyul, 2018
1288
CƏMİYYƏT
  • A
İnzibati Xətalar Məcəlləsinə dəyilişlik edilib.Oxu24.com-un Lent.az-a istinadən məlumatına görə, dəyişikliklərə əsasən inzibati cəza tədbiri ilə bağlı məlumatlar elektron portala daha qısa müddətdə yerləşdirilməlidir. Belə ki, bundan sonra inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə tərtib edilən elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) 1 gün  müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.

Qeyd edək ki, dəyişiklərdən əvvəl məlumatların istifadəçinin elektron kabinetində yerləşdirilməsi müddəti 1 ay müəyyən edilmişdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bağırsaq xərçəngi riskini azaldan qida məhsulu
Həftənin ilk günü hava necə olacaq?
Paşinyandan ETİRAF:"Nə etməli olduğumuz artıq bəllidir"