Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37266
az

Təhlükəsizlik Şurasının təcili iclası çağırıldı, ordu hazır vəziyyətə gətirildi - Müharibə HƏR AN...

14:2210 Avqust, 2020
2265
DÜNYA
  • A

Yunanıstan hökumətinin Milli Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək.

Oxu24.com  xəbər verir ki, Türkiyənin dənizlərdəki hərbi və iqtisadi hərəkətliliyindən narahat olan Baş nazir Kiriakos Mitsotakis iclası öz qərargahında təyin edib.

Səbəblər bəlli olsa da, görüşün gündəliyi açıqlanmır.

Yunanıstan Silahlı Qüvvələri Türkiyənin Rodos və Kastelorizo ​​adaları arasındakı ərazidə hərbi təlimlər keçirmək planları ilə əlaqədar narahatlıq keçirir.

Orduda bütün məzuniyyətlər ləğv olunub və döyüş əmrinə tam hazır vəziyyətə gətirilib.

İki ölkənin münasibətlərinin növbəti dəfə gərginləşməsinə səbəb Yunanıstan və Misir arasında dəniz zonalarının delimitasiyası barədə sazişin imzalanması və Türkiyənin Aralıq dənizində karbohidrogen yataqlarında əvvəllər dayandırılmış kəşfiyyat-qazma işlərini dərhal bərpa etmək qərarı olub. Türkiyə, eyni zamanda, Şərqi Aralıq dənizində hərbi təlimlər keçirmək planlarını açıqlayıb. Rəsmi Ankara Yunanıstan və Misir arasında dəniz zonalarının delimitasiyası ilə bağlı razılaşmanı qanunsuz hesab edir. Türkiyə, Yunanıstanın Misirlə razılaşmada göstərilən dəniz zonalarına hüquqlarının olmadığını bildirir. (Publika.az)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pezeşkian İranın paytaxtını dəyişməyi planlaşdırır
Borreli İsraildə qəbul etməkdən imtina ediblər
Ukrayna İranı “dağıdıcı nəticələrlə” hədələyir

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var