Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37210
az

Bakıda məşhur ticarət mərkəzində qanlı dava – Təfərrüat

15:0909 Avqust, 2020
397
KRİMİNAL
  • A

Bakıda məşhur ticarət mərkəzində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən İsmayıl Kərimlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Oxu24.com teleqraf.com-a istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Mahmud Ağalarovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin martın 31-də, gecə saat 23 radələrində b"Metropark” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən "Rahat” supermarketin işçisi İsmayıl Kərimli iş yoldaşı Rəşad Ağakişiyevlə mübahisə edib.

Daha sonra onların mübahisəsi ticarət mərkəzinin arxasında davam edib və onlar əlbəyaxa davaya çıxıblar.

Bu zaman İsmayıl Kərimli iş yoldaşı Rəşad Ağakişiyevi bıçaqlayıb.

Cinayəti törətməkdə şübhəli bilinən İsmayıl Kərimli tutulub.

İstintaq orqanı tərəfindən İsmayıl Kərimlinin barəsində Cinayət Məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var
Göyçayda bir ailə xəstəxanalıq oldu: görün hansı diaqnoz qoyuldu
"TikTok" 5 nəfərin ölümünə səbəb oldu

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var