Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37189
az

Əməlin xusranı nə deməkdir?

21:5908 Avqust, 2020
425
CƏMİYYƏT
  • A

Xusran - o ziyandır ki, Quranda dəfələrlə adı çəkilmişdir. Xusran, yəni ziyan etmək, yolunu azmaq və həlak olmaqdır. Adətən xusran insanın ömrünə şamil olur, yəni insan ömür sərmayəsini hədər verər, ziyana düşər. Bəzən də xusran hansısa əmələ şamil olunur. Ticarətdə ziyan etmək kimi. (Tebyan)

Bəzən də xusran insanın malına və vəzifəsinə şamil olar. Bəzən də insanın savablarının, imanının əldən verməsinə aid edilər. Allah bu xusranı ən böyük ziyan kimi tanıtmışdır.

Maddi mövzularda ziyana uğramaq nisbi bir iş olduğu kimi, mənəvi mövzularda da nisbidir. İlahi övliyalar özlərini danlayardılar ki, şəraitin hazır olduğu bir zamanda niyə mənfəət əldə edə bilməyiblər. Ona görə də özlərini ziyana uğrayanlardan hesab edərdilər. Ancaq bəzi insanlar vardır ki, onların ziyanı başqalarından daha çoxdur. Bu insanlar nəniki mənfəət əldə etməmiş, bəlkə başqalarına çox sayda ziyanlar da vurmuşdular.

Hər bir halda Quran ayələri və hədislər bu cür insanları bizə tanıdır.

"(Ya Peyğəmbər,) de: "Sizə insanların (dünya) əməllər(i) baxımından ən çox ziyana uğrayanlarından xəbər verim?". Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir. Onlar öz Rəbblərinin (tövhid) ayələrinə və (axirət günü) Onunla görüşəcəklərinə küfr etmiş kəslərdir. Beləliklə onların əməlləri (küfrlərinə görə) puç və batil oldu və nəticədə Qiyamət günü onlara heç bir dəyər verməyəcək və əməllərinin ölçülməsi üçün bir tərəzi qurmayacağıq. Belə ki, onların cəzası Cəhənnəmdir. Çünki onlar küfr etdilər və Mənim tövhid nişanələrimi və peyğəmbərlərimi məsxərəyə qoydular". ("Kəhf" 103-106).

Bu insanlar - çirkin iş görüb onu yaxşı hesab edənlərdirlər. Şeytan (lən) insanın xeyirxahlıq fitrətindən istifadə edərək, öz vəsvəsələri ilə bu yanlış təsəvvürü onların zehninə daxil etmişdir. Buna görə insanlar öz yanlış rəftarlarını gözəl görməyə başlayıblar. Ancaq bu insanların niyə ən çox ziyana uğrayan olduğu haqqında bir çox nəzərlər vardır. O cümlədən:

Özümüzün və başqalarının həyatında çox görmüşük ki, insan pis işlər görər. Lakin elə bilər ki, etdiyi bu iş mühüm və yaxşı bir işdir. Bu cahillik ola bilsin ki, bir anlıq olsun, ya bir illik olsun, ya da hətta bir ömür olsun. Ona görə də bundan da bədbəxt insanı təsəvvür etmək olmaz. O insanlar ki, günah edir, yaxşı bilir ki, pis iş görmüşdür. Çünki bilir ki, günahın hədd və hüdudu nə qədərdir. Ən azı atını dördayaqla çapmaz. Çox zaman özünə gələr və tövbə edər. Lakin o kəslər ki, günah edir, lakin bu günahını saleh əməl kimi qəbul edir və ona görə də bu günahını aradan qaldırmaq üçün səy göstərmir. Çünki onu yaxşı əməl hesab edir. Əksinə, bu yolda bütün istedadlarını işə salır.

Bir nəfər İmam Əlidən (ə) bu ayələrin təfsiri barəsində soruşur və Həzrət (ə) ona buyurur: "Məqsəd yəhudi və xristianlardırlar. Onlar əvvəllər haqq yolunda idilər. Sonradan dinlərində bidət etdilər və bu bidətlər onları yolundan azdırdı. Güman etdilər ki, yaxşı iş görüblər. Nəhrivan xəvaricləri də onlardan çox da uzaqda deyildirlər".

Bəs bu təhlükəli hala nə səbəb olur?

Təbii ki, şiddətli təəssübkeşlik, təkəbbür, özünü sevmək kimi amillər bu ziyana səbəb olur. Bəzən də başqalarının səni tərifləməsi və sənə yaltaqlıq etməsi bu ziyana gətirib çıxardar. İnsan xarlıq və zəlilllik hiss etmək yerinə, iftixar hiss edər.

Zülm də bu cür amillərdən biridir ki, insanın ziyana uğramasına səbəb olar. Zülmün bir mənası özünü, ailəni ziyana uğratmaq və ya behişti və nemətlərini əldən verməkdir.

Bəzən də fəsad və İlahi əmrlərə itaətsizlik etmək bu ziyana gətirib çıxardar. Necə ki, Quranda oxuyuruq: "Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba,     Məsumlar və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır". ("Bəqərə" 27).

Ən böyük amil isə insanın Allahdan qafil olmasıdır. İnsan o zaman ki, Allahdan qafil olur dünyaya tamah salır və şeytan (lən) onu əhatə edir. "Şeytan onlara hakim olub Allahı yad etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər. Agah ol ki, şeytan firqəsi həmin ziyankarlardır". ("Mücadilə" 19).

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub