Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37162
az

Ermənistan ordusuna 40 yaşlı muzdlular cəlb edilir

19:1008 Avqust, 2020
390
DÜNYA
  • A

"Ermənistan ordusunda şəxsi heyətin tam komplektləşdirilməsi ilə bağlı ciddi problemlər mövcuddur. Artıq ermənilər bu problemi gizlədə bilmirlər".

Bunu "Report"a açıqlamasında hərbi şərhçi Ramil Məmmədli bildirib.

O deyib ki, Ermənistan ordusu 40 yaşa qədər şəxsləri artilleriyaçı, mühəndis istehkamçı, sınayper, qumbaraatan, pulemyotçu və digər vəzifələrə xidmətə cəlb etmək üçün elan verib. Müraciətdə muzdluların işğal olunmuş Azərbaycan ərazilərində, yəni Dağlıq Qarabağda xidmət keçəcəkləri bildirilir. Onlara həvəsləndirici imtiyazlar da vəd edilir.

R.Məmmədlinin sözlərinə görə, Ermənistan hərbi birləşmələrində canlı qüvvə ilə bağlı yaranan problemin kökündə minlərlə erməninin ordu sıralarında xidmətdən boyun qaçırması dayanır: "Erməni gəncləri hərbi xidmətdən yayınmaq üçün ölkəni tərk ediblər və bu proses indi də davam edir. Məhz bu səbəbdən də sıravi əsgər vəzifələrinə muzdlu döyüşçüləri cəlb etmək istəyirlər. Əslində bu kimi hallar hər zaman olub. Sadəcə olaraq, artıq rəsmi şəkildə müraciət etmək məcburiyyətində qalıblar".

Hərbi şərhçi hesab edir ki, işğal olunmuş Azərbaycan ərazilərində hərbi xidmətə cəlb olunan muzdluların arasında xarici vətəndaşların olma ehtimalı da var: "Hətta bununla bağlı konkret fikir də bildirmək olar. Əgər hərbi xidmət keçmək üçün çağırışçıların sayı qənaətbəxş olsaydı, Ermənistan sıravi əsgər vəzifələrinə muzdlu döyüşçü qəbulu ilə bağlı belə bir addımı atmazdı. Demək, ermənilər ön xəttə döyüşə cəlb etmək üçün xaricdən muzdlu döyüşçülər də cəlb edirlər. Bu, istisna deyil. Biz birinci Qarabağ savaşında da bunun şahidi olmuşuq".

R.Məmmədli qeyd edib ki, Ermənistan xaricdən muzdlu döyüşçülər cəlb etməklə itkilərini də gizlədə bilir: "Çünki döyüşdə ölən muzdlu barəsində rəsmi açıqlama verməyə də ehtiyac qalmır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zelenski F-16 qəzasına görə onu vəzifədən qovdu
Hindistan təcili olaraq Amerika pilotsuz təyyarələri alır
Donetskdə son durum: yüzlərlə ailə təxliyə edilir

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var