Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3712
az

"Yeni təxribatlar gözlənilir" -

15:2716 İyul, 2018
1566
HƏRBİ
  • A
 Ermənistan tərəfi Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar zamanı, müəyyən beynəlxalq tədbirlər ərəfəsində cəbhə bölgəsində gərginlik yaratmağa, təxribatlar törətməyə cəhd edir. Son günlər ölkəmizdə yaşanan hadisələrdən istifadə edən düşmənin kəşfiyyat-diversiya qrupu Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü-1984-cü il təvəllüdlü Karen Kazaryan əsir götürülüb.


Ehtiyatda olan polkovnik Şair Ramaldanov AzVision.az-a bildirib ki, düşmənin təxribata əl atması bizim üçün gözləniləndir, çünki Ermənistan tərəfi bundan əvvəl də dəfələrlə diversiya hücumlarına cəhd göstərib. Polkovnik qeyd edib ki, sonuncu təxribatda məqsədin nə olduğu əsir götürülən Kazaryanın dindirilməsindən sonra bilinəcək.

"Cəbhə bölgəsindəki şərait nəzarət altındadır. Paşinyanın sərt çıxışlarından və oğlunu Dağlıq Qarabağa göndərilməsi ilə bağlı bəyanatından sonra cəbhə bölgəsində sakitliyin müəyyən şəkildə pozulması müşahidə olunurdu. Hətta onların Müdafiə Nazirliyinin bəzi vəzifəli şəxsləri Azərbaycanın hücumunu gözləmədən aktiv şəkildə döyüşlərə başlamaqla bizi masa arxasına oturmağa məcbur etmək kimi çıxışlar edirdilər. Bunun fonunda cəbhə bölgəsində hansısa diversiya qruplarının işləyəcəyi gözlənilən idi. Amma Azərbaycanın müdafiə naziri Zakir Həsənov, nazirliyin rəhbərliyi daim cəbhə bölgəsindədir. Hər bir istiqamətdə gücləndirmə ilə bağlı tədbirlər görülür. Yeni alınan kəşfiyyat və müşahidə avadanlıqları yerləşdirilir. Ona görə də Qazax istiqamətində baş verən diversiyanın qarşısı alınıb, onlardan biri əsir götürülüb. Hazırda cəbhə bölgəsində vəziyyət silahlı qüvvələrimizin tam nəzarəti altındadır”.

Ehtiyatda olan polkovnik qeyd edib ki, düşmənin yeni təxribatları gözlənilir: “Biz düşmənin növbəti təxribatlarını gözləyirik. Ordumuz istənilən təxribatın qarşısılı almağa tam hazırdır”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU
Vəfat edən hərbçimiz Naxçıvanda dəfn olundu - Fotolar
Hərbi xidmətlə bağlı MÜHÜM AÇIQLAMA

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib